Azər Bağırov: “Zirə”nin “Hayduk”u məğlub edəcəyinə inanıram
Bakı, 23 iyul, AZƏRTAC
“Zirə”nin “Hayduk”u məğlub edəcəyinə inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol mütəxəssisi Azər Bağırov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və “Hayduk” (Xorvatiya) komandaları arasında bu gün keçiriləcək ilk oyun barədə danışarkən deyib.
O bildirib ki, “Zirə” oyuna yüksək əhvali-ruhiyyədə hazırlaşıb: “Bunu baş məşqçi Rəşad Sadıqovun dünənki mətbuat konfransındakı fikirlərindən tutdum. Hiss olundu ki, o, rəqibi yaxşı analiz edib və çəkinmədən mübarizə aparacaq. “Hayduk”a gəlincə, onların cinah və hücum xətti daha hərəkətlidir. İrəlidə Marko Livaya kimi təcrübəli forvard var. O, “Zirə” üçün təhlükədir. Rəqib standart vəziyyətlərdə də yaxşıdır. Lakin komandamızın mərhələ adlayacağına çox inanıram. Xorvatiya klubu keçilməyəcək kollektiv deyil”.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında görüş 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də səfərdə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]