Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarına 35-ci lisenziyanı qazanıb
Bakı, 19 iyul, AZƏRTAC
Milli Paralimpiya komandamız rekord sayda lisenziya ilə "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) AZƏRTAC-a bildiriblər ki, atletika üzrə milli komandamızın üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticə göstərərək ölkəmiz üçün növbəti 35-ci lisenziyanı təmin edib.
Bu günədək AMPK-nın idmançıları "Tokio-2020" Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Qeyd edək ki, "Rio-2016" XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 lisenziya qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]