Azərbaycan ağırlıqqaldıranı İslamiadada 3 bürünc medal qazanıb
Ər-Riyad, 7 noyabr, Elnur Salahov, AZƏRTAC
Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 3 bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 65 kiloqramı, təkanla qaldırmada isə 79 kiloqramı ram edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
O, iki hərəkətin cəmində (144 kiloqram) də bürünc mükafata layiq görülüb.