AZƏRBAYCAN AKROBATLARI DÜNYA GƏNCLƏR OYUNLARINDA VƏ DÜNYA ÇEMPİONATINDA ÇIXIŞ EDƏCƏKLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin yarışlarda 23 ölkənin akrobatları mübarizə aparacaqlar. İdmançılarımız ötən il Polşada keçirilən Avropa çempionatında nümayiş etdirdikləri kompozisiyaları Fransada da göstərəcəklər. Azərbaycan akrobatları üçün bu, yeni təmrinlərdir və ötən ilin fevralında Moskvada təlim-məşq toplanışlarında hazırlanmışdır.