Azərbaycan alimi Bişkekdə Çingiz Aytmatovun yaradıcılığına həsr olunan forumda iştirak edib
Bakı, 16 dekabr, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkekdə görkəmli yazıçı Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi münasibətilə forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forum iştirakçıları əvvəlcə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət ediblər.
Forumda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Belarus, Moldova, Gürcüstan və digər ölkələrdən Aytmatov yaradıcılığını öyrənən alimlər iştirak ediblər.
Açılış mərasimində Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov tərəfdaş ölkələrin elm adamlarına forumda iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Nazir yazıçının 95 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin onun 100 illik yubileyinə hazırlıq olduğunu bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.
Forumda Azərbaycan alimi, filologiya elmləri doktoru Xuraman Hümmətova “Çingiz Aytamatov yaradıcılığında cəmiyyət və fərd problemi” mövzusunda məruzə ilə çıxış edib. O, Çingiz Aytmatovun hələ sağlığında klassikə çevrilmiş yazıçı olduğunu, onun dünya ədəbiyyatında yeni nəsrin yaradıcılarından biri olmaqla oxucularına misilsiz irs qoyduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]