AZƏRBAYCAN-ALMANİYA HÖKUMƏTLƏRARASI DANIŞIQLARI MƏHSULDAR OLMUŞDUR
Danışıqların ilk günü Kreditlərin Zəmanət Fondu ilə bağlı razılaşma müqaviləsi imzalanmışdır. Sənədi iqtisadi inkişaf naziri Heydər Babayev və KwF Bankının nümayəndəsi imzalamışlar. Müqavilədə Azərbaycan banklarının xarici maliyyə institutlarından aldığı kreditlərin zəmanəti üçün nəzərdə tutulan 4 milyon avro məbləğində qrantdan istifadə olunması əksini tapmışdır.
Danışıqlarda Azərbaycanda həyata keçirilən və eləcə də, gələcəkdə icrası nəzərdə tutulan layihələr müzakirə edilmiş, həmçinin Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası - İmişli elektrik ötürücü xəttinin çəkilməsi üçün 30 milyon avro məbləğində güzəştli kreditin ayrılması da təsdiq olunmuşdur.
Avqustun 15-də Heydər Babayevin Almaniyanın Dövlət katibi xanım Karin Kortmanla görüşündə ölkələrimizin əməkdaşlığının mövcud vəziyyəti və əlaqələrin daha da genişləndirilməsinin perspektivləri müzakirə olunmuşdur.
Bir gün sonra - avqustun 16-da isə Azərbaycan-Almaniya danışıqları üzrə nəticə protokolu imzalanmışdır. Protokola əsasən, Azərbaycana maliyyə əməkdaşlığı çərçivəsində 9 milyon avro güzəştli kreditin, texniki layihələrə isə 5 milyon avro məbləğində qrantın ayrılması nəzərdə tutulur.
Azərbaycan tərəfi, həmçinin gələcək əməkdaşlıq üzrə təklifləri Almaniya tərəfinə təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]