Azərbaycan atleti: Paris Olimpiadasını böyük səbirsizliklə gözləyirəm
Bakı, 13 yanvar, AZƏRTAC
“Ötən ilin avqustunda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında Azərbaycan rekordunu və şəxsi göstəricimi yeniləyərək Paris Olimpiadasına lisenziya qazandım. Buna görə də 2023-cü ili özüm üçün çox yaxşı qiymətləndirirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan atleti Anna Skidan 2023-cü ilin yekunları və qarşıdakı yarışlara hazırlıqla bağlı danışarkən deyib.
Çəkicatma növündə çıxış edən idmançı hazırda Ukraynanın paytaxtı Kiyevdə məşq etdiyini bildirib: “Şəxsi məşqçim Artyom Rubankonun başçılığı altında hazırlığımı davam etdirirəm. Mart ayının əvvəlində Portuqaliyada keçiriləcək Avropa Qış Kubokuna kimi burada qalacağam. Yaradılan şəraitə və dəstəyə görə Gənclər və İdman Nazirliyinə, eləcə də Azərbaycan Atletika Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. İnanıram ki, qarşıda bizi daha yaxşı günlər gözləyir”.
O, lisenziya əldə etdikdən sonra Olimpiadaya daha rahat hazırlaşdığını söyləyib: “Olimpiya Oyunlarına qatılacağım üçün çox xoşbəxtəm. Yarışı böyük səbirsizliklə gözləyirəm. Gözləntilər böyükdür. İndi daha çox çalışmalıyam”.
A. Skidan Azərbaycanın daha iki atletindən Olimpiya lisenziyası gözlədiyini vurğulayıb: “Ümid edirəm ki, Nazim Babayev və Yekaterina Sariyeva da ölkəni nüfuzlu yarışda təmsil edəcək”.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları bu il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]