AZƏRBAYCAN AVARÇƏKƏNİ BEYNƏLXALQ “DON REQATASI” TURNİRİNDƏ 4-CÜ YERİ TUTMUŞDUR
Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın 18 və 23 yaşadək yığma komandaları Rusiyanın Rostov şəhərində davam edən akademik avarçəkmə üzrə beynəlxalq “Don reqatası” turnirində mübarizə aparırlar.
Azərbaycan idmançıları arasında ən yaxşı nəticəni 18 yaşlı idmançıların mübarizəsində Cavid Əfəndiyev göstərmişdir. Birnəfərlik qayıqla mübarizə aparan avarçəkənlərin birinciliyində C.Əfəndiyev 60 iştirakçı arasında 4-cü yeri tutmuşdur. Azərbaycan idmançısının həlledici mərhələdə mükafatçılar sırasına düşməsi üçün cüzi vaxtı çatmamışdır.
Aprelin 24-dək davam edəcək “Don reqatası”nda Azərbaycanın daha 7 avarçəkəni - Dostməmməd Dostməmmədov, Aleksandr Jdanov, Rəşid Mustafin, Timur Kutseba, Aleksandr Qlotov, Kamran Yusubov və Fərman Əliyev də qüvvələrini sınayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]