Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində
Bakı, 9 dekabr, AZƏRTAC
Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında pley-offa yüksəlib.
AZƏRTAC xəbər verir ki, kişi badmintonçulardan ibarət Azərbaycan milli komandası Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa çempionatının təsnifat mərhələsində qrupda keçirdiyi ikinci oyunda İrlandiya seçmə kollektivini 3:2 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Komandamızın sabah keçiriləcək pley-off oyununda rəqibi Çex Respublikası-Avstriya cütünün qalibi olacaq.