Azərbaycan badmintonçusunun “Minsk 2019”un qrup mərhələsində keçirəcəyi görüşlərin vaxtı müəyyənləşib
Bakı, 23 iyun, AZƏRTAC
Minskdə keçirilən II Avropa Oyunlarının badminton yarışında ölkəmizi təmsil edəcək Ezmi Qovimuramadhoninin qrup mərhələsində keçirəcəyi görüşlərin ardıcıllığı müəyyənləşib.
AZƏRTAC Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, G qrupunda yarışacaq badmintonçumuz ilk turda Rumıniya idmançısı Kollins Valentin Filimon ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 24-də oynanılacaq. E.Qovimuramadhoni qrup mərhələsinin ikinci turunda növbəti görüşünü iyunun 25-də lüksemburqlu Robert Manna qarşı keçirəcək. Təmsilçimizin bu mərhələdə sonuncu oyunu iyunun 26-da qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkov ilə olacaq.
Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.
“Minsk 2019”da badminton yarışları iyunun 24-30-da keçiriləcək. Oyunlar 2016-cı ildə istifadəyə verilən “Falcon club” arenasında baş tutacaq.
Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]