Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycan Bayrağı” ordenli şəhid zabitin xatirəsi anılıb VİDEO

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə deyib: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq... Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.

Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan, intiqamı döyüş meydanlarında alınan igid oğullarımızdan biri də hərbi hissənin qərargah rəisi - hərbi hissə komandirinin müavini polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovdur.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və indiki Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun yetirməsi olan Babək Ramaldanovun ömrü Zəfərə gedən yollarda qırılmasaydı, avqustun 9-da onun 40 yaşını bir yerdə qeyd edəcəkdik.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən şəhid zabit Babək Ramaldanovun 40 illiyi münasibətilə bu gün keçirilən anım tədbirlərində şəhid zabitin hər bir gənc üçün örnək olan mənalı ömür və döyüş yolu barədə ətraflı söhbət açılıb.

İkinci Şəhidlər xiyabanında təşkil edilən mərasimdə nazirliyin rəsmiləri, Xətai və Qusar rayonlarının nümayəndələri, şəhidin ailə üzvləri, döyüşçü dostları, müharibə iştirakçıları, qeyri-hökumət təşkilatlarının fəalları iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda döyüşlərdə canından, qanından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani şəhid zabitin həyat və döyüş yolundan ətraflı danışıb, onunla bağlı xatirələrini ziyarətçilərlə bölüşüb.

Qeyd olunub ki, Babək Ramaldanov dayıları Ramaldanovların yolunu tutaraq Vətənə xidmət peşəsini seçib və 13-14 yaşlarından əsgər çəkməsi geyinərək xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı xüsusi təyinatlı təhsil ocağında - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ibtidai hərbi vərdişlərə yiyələnib. Ali hərbi məktəbi başa vurarkən şəxsən ulu öndər Heydər Əliyevdən xeyir-dua alıb. On bir ildən çox Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Orduda taqım komandiri vəzifəsindən motoatıcı taborun komandiri vəzifəsinədək yüksəlib. Müasir Azərbaycan Ordusunun ilk zabitlərindəndir ki, məşhur M.V.Frunze adına Rusiya Ümumqoşun Hərbi Akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirib. Hərbi hissənin qərargah rəisi - briqada komandirinin müavini vəzifəsinə, “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.

Nəzərə çatdırılıb ki, sağlığında bir neçə döyüş medalı ilə təltif olunan polkovnik-leytenant Babək Ramaldanov Vətən müharibəsinin ilk günündən döyüş meydanlarına atılıb. Hərbi hissənin qarşısına qoyulan mühüm döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib, hərbi əməliyyatların hazırlanmasında və təşkilində fəal iştirak edib. Füzuli və Cəbrayıl rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı şəxsi igidlik nümunələri göstərib.

Tədbirdə vurğulanıb ki, 2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan polkovnik-leytenant B.Ramaldanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Qəhrəmanın xatirəsi əbədiləşdirilərək Bakının Xətai rayonunda və Qusar şəhərində adı küçələrə verilib, abidəsi ucaldılıb.

Tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov, şəhidin dayısı iki dəfə “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik Şair Ramaldanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi veteranı Anar Məmmədov, şəhid atası Azad Şükürlü və başqaları çıxış edərək belə qəhrəman oğul yetişdirdiklərinə görə Ramaldanovlar ailəsinə minnətdarlıq edib, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışıb və şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən minnətdarlıq hissi ilə söhbət açıblar.

Xalq artisti, şəhid atası Əli Nurun söylədiyi şeir və şəhidin övladları Ramaldanla Süleymanın çıxışları tədbir iştirakçılarına qürurverici və duyğulu anlar yaşadıb.

Şair Adıgözəl İsmayıllının şəhidin xatirəsinə həsr etdiyi şeir maraqla qarşılanıb.

Şəhid zabitin atası Meyvəddin Ramaldanov və anası Xalidə xanım göstərilən böyük diqqətə və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.

Sonra şəhidin məzarı önünə Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin adından qızılgül çələngləri qoyulub, güllər düzülüb, ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və Bakı Qarnizonu hərbi hissələrinin əsgər və zabitləri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan Ordusunun bölmələrinin son günlərdə keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizənin uğurlu davamı və Babək Ramaldanov kimi şəhid qəhrəmanlarımızın intiqamının alınmasını xoş müjdə kimi qiymətləndiriblər.

Şəhid zabit Babək Ramaldanova həsr edilən sənədli filmin nümayişindən sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim olunub.

Tanınmış ifaçılardan Vüqar Qarabağlı, Mətləb Ağayev, Nigar Rəhimova, Vüsal Ağayev və başqalarının ifa etdikləri elegiya, qəhrəmanlıq balladası və vətənpərvərlik mahnıları tədbir iştirakçılarını daha böyük qələbələrə ruhlandırıb.

Şəhid zabit Babək Ramaldanovun xatirəsi bu gün vaxtilə Gəncə Qarnizonunda xidmət etdiyi hərbi hissədə də böyük ehtiramla anılıb.

“Azərbaycan Bayrağı” ordenli şəhid zabitin xatirəsi anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb