İQTİSADİYYAT
AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ LONDONDA NÜMAYƏNDƏLİYİ AÇILMIŞDIR
Londonda Azərbaycan Beynəlxalq Bankının nümayəndəliyi açılmışdır. Yanvarın 23-də Böyük Britaniya Mərkəzi Bankının ofisində - “Bank of Enqland”da nümayəndəliyin təqdimat mərasimi olmuşdur. Mərasimdə Londonun müxtəlif maliyyə strukturlarının nümayəndələri, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və Beynəlxalq Bankın idarə heyəti sədrinin müavini Emil Mustafayev iştirak etmişlər.
Beynəlxalq Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndəliyin yaradılması haqqında sənədlər ötən il dekabrın 23-də Londonda qeydiyyata alınmışdır. Bu mühüm hadisə banklarımızın dünya maliyyə bazarına yol açması kimi qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2024 [18:49]
Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur
- 14.10.2024 [17:50]
KOBİA-da vətəndaşlarla görüş keçirilib
- 14.10.2024 [17:40]
Bakının daha bir küçəsində yeni parklanma məntəqəsi qurulub
- 14.10.2024 [16:24]
® “Kapital Bank” 3-cü rüb üzrə maliyyə nəticələrini elan edib
- 14.10.2024 [14:16]