AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ İŞTİRAKÇILARININ SAYI İLBƏİL ARTIR
Konsert Kompleksində açılacaq 11-ci sərginin meneceri Samirə Teymurova məlumat vermişdir.
AZƏRTAC xəbər verir ki, bu sərgidə 19 ölkədən təxminən 100 şirkət iştirak edəcəkdir. Sərgidə ilk dəfə təmsil olunanlar arasında Pakistan, Gürcüstan şirkətləri, Polşanın əczaçılıq zavodları vardır.
Sərginin təşkilatçıları Səhiyyə Nazirliyi, Azərbaycan Ticarət və Sənaye Palatası, respublika Stomatologiya Assosiasiyası və İTECA Kaspian şirkətidir.
Sərgiyə gələnlər əczaçılıq yenilikləri, müasir tibb texnologiyaları, stomatologiya, optika, oftalmologiya, kosmetologiya və digər sahələrdəki avadanlıqla tanış ola bilərlər.
Noyabrın 3-də sərgi çərçivəsində “Avropa” mehmanxanasında dermatovenerologiyanın aktual problemlərinə həsr olunmuş ənənəvi beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna alimləri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]