“AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ İSLAM” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
“Bakı payız debatları” həftəlik görüşlər silsiləsinin sonuncusu olan bu tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səməd Bayramzadə, Dini Araşdırmalar Mərkəzinin direktoru Elçin Əsgərov, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının rəhbəri Nedim Kaya və başqaları çıxış edərək ölkədə dini tolerantlıqdan, dindarların dini ehtiyaclarını ödəmək üçün yaradılan şəraitdən, dövlətin ölkədəki bütün dini icmaların fəaliyyətinə qanun çərçivəsində nəzarət etdiyindən danışmışlar. Bildirilmişdir ki, hazırda ölkədə 1300-ə yaxın məsçid, 40-dan artıq kilsə, sinaqoq və ibadət evləri mövcuddur, son 15 il ərzində 1000-dən çox məsçid tikilmiş və ya bərpa olunmuşdur.