Azərbaycan çempionu olan gimnast: Uğurlu nəticə üçün əlimdən gələni etdim
Neftçala, 21 iyun, AZƏRTAC
"Yarış mənim üçün uğurlu keçdi".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Neftçalada keçirilən aerobika gimnastikası üzrə VIII ölkə çempionatında yeniyetmələr arasında birinci yeri tutan Fərid Cəfərov deyib.
O, çıxışlar zamanı həyəcanlı olduğunu bildirib: "Əlbəttə, bu cür yarışda mübarizə aparmaq çətindir. Lakin əlimdən gələni etdim ki, uğurlu nəticə əldə edim. Turnirə ciddi hazırlaşmışdım. Məqsədimə çatdığıma görə çox xoşbəxtəm".
Qeyd edək ki, aerobika gimnastikası üzrə Azərbaycan çempionatının keçirilməsində məqsəd gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır. Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək gimnastların yetişdirilməsinə dəstək olur.
Yarışa bu gün yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]