Azərbaycan cüdoçuları Bakıdakı “Böyük Dəbilqə” turnirinə Parisdə hazırlaşırlar
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycanın cüdo millisi Fransanın paytaxtı Paris şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Parisdəki “Böyük Dəbilqə” turnirindən dərhal sonra keçirilən hazırlıq prosesinə Azərbaycandan 33 idmançı qatılıb.
Fevralın 6-na qədər davam edəcək toplanış Bakıda təşkil ediləcək “Böyük Dəbilqə” turnirinə və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.