AZƏRBAYCAN DAXİLİ İŞLƏR NAZİRLİYİ İLƏ ATƏT ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
R.Usubov son illər Daxili İşlər Nazirliyi ilə ATƏT, onun Bakı ofisi arasında yaxşı əlaqələr yarandığını, polis-vətəndaş münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində birgə seminar-treninqlər keçirildiyini və belə tədbirlərin xüsusi rolunu qeyd etmişdir.
R.Sivord təmsil etdiyi təşkilatla Daxili İşlər Nazirliyi arasında səmərəli əlaqələrin qurulduğunu vurğulamış, görüşdən əsas məqsədin əməkdaşlar üçün oktyabrın 8-də başlanacaq həftəlik təlim-seminarın təşkilini müzakirə etmək olduğunu bildirmişdir.
Daxili işlər naziri ATƏT-lə birgə səmərəli fəaliyyətin davamlı olacağına əminliyini ifadə etmiş, nəzərdə tutulmuş proqramların yerinə yetirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi üçün DİN rədbərliyi tərəfindən lazımi tədbirlərin görüləcəyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]