AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR STOKHOLMDA MİTİNQ KEÇİRƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar fevralın 24-də Stokholmdakı Sergelstorg meydanında və İsveç parlamentinin binası qarşısında bu ölkədəki “Durna”, “Qarabağ”, “Haray”, “22 may Təbriz”, “Ulduz”, “Odlar Yurdu” və digər Azərbaycan diaspor təşkilatları mitinq keçirəcəklər.
Fevralın 25-də Höteborq Kulturhuset Mədəniyyət Mərkəzində, ertəsi gün isə “Apple” hotelinin konfrans zalında “Qanlı 26 fevral” mövzusunda seminar keçiriləcəkdir. Fevralın 26-da həm də İsveçdəki Azərbaycan və türk diaspor təşkilatları birlikdə Höteborqun mərkəzi meydanında Xocalı faciəsi ilə əlaqədar aksiya təşkil edəcəklər.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Xocalı faciəsi qurbanlarının xatirəsi Danimarkada və Avstriyada da ehtiramla anılacaqdır.
Danimarkada fəaliyyət göstərən “Xəzər” cəmiyyəti Xocalı faciəsi qurbanlarını anma mərasimi keçirəcək, soyqırımı ilə bağlı fotostend hazırlayacaqdır.
Fevralın 26-da Avstriyadakı “Avstriya-Azərbaycan Akademik Birliyi” Azərbaycanın Vyanadakı səfirliyi ilə birlikdə anma mərasimi keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]