AZƏRBAYCAN DİASPORU FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, klub Estoniya parlamentinin üzvü Eldar Əfəndiyev, parlamentin müşaviri Yana Krimpe və “Aydan” Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyevin təsisçiliyi ilə yaradılmışdır. Məqsəd Azərbaycansevər insanları bu kluba dəvət etməklə, ölkəmiz haqqında əsl həqiqətləri onlara və dünya ictimaiyyətinə çatdırmaqdır.
“Bakı klubu”nun açılış mərasimində komitənin sədri Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də Milli Məclisin deputatları iştirak etmişlər. Tədbirdən sonra təsisçilər və Azərbaycan nümayəndə heyəti Baltikyanı ölkələrdə Azərbaycan diaspor təşkilatlarının Əlaqələndirmə Şurasının yaradılması məsələsini müzakirə etmişlər. Şuranın yaradılması razılıqla qarşılanmış və bu istiqamətdə konkret addımların atılması qərara alınmışdır.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Estoniya parlamentinin sədri Ene Erqma, xarici işlər naziri Kristina Oyuland, əhali məskunluğu məsələləri naziri Paul-Eerik Rummo, Estoniya-Azərbaycan-Türkiyə parlament qrupu ilə görüşlər keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]