Azərbaycan diasporu Yunanıstanda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirib
Afina, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində anım günü keçirilib.
Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Cəmiyyətin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq səhifəsi, oyanış günü olduğunu vurğulayıb.
Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, türk gənclər və əcnəbi tələbələr də iştirak edib.
20 Yanvar hadisələrini şərh edən sənədli film nümayiş olunub və ehsan süfrəsi ətrafında müzakirələr aparılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]