Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilinin saflığı: milli kimlik və folklor yaddaşı

Azərbaycan dilinin saflığı: milli kimlik və folklor yaddaşı

Bakı, 2 fevral, AZƏRTAC

Müasir fəlsəfi yanaşmada dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın milli kimliyi, tarixi taleyi və ictimai şüur formasıdır. Azərbaycan dili tarix boyu müxtəlif siyasi-ictimai təzyiqlərə məruz qalsa da, öz konseptual nüvəsini qoruyub saxlaya bilmişdir. Lüğət tərkibimizdəki ərəb, fars və rus mənşəli sözlər xalqımızın keçdiyi tarixi yolun izləridir.

Bu gün qloballaşma, sosial şəbəkələrin aktivliyi və mədəniyyətlərin qarşıdurması dilin saflığı məsələsini xüsusilə aktuallaşdırır. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu uğurlu dil siyasəti dilin normativliyini təmin etmişdisə, bu gün Prezident İlham Əliyev bu xətti yeni dövrün tələblərinə uyğun davam etdirir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində dilimizin qorunması ilə bağlı irəli sürdüyü tələblər təkcə dilçilərin deyil, bütün ziyalıların - tarixçi, folklorşünas və jurnalistlərin qarşısına mühüm vəzifələr qoyur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru Mətanət Abbasova deyib. O bildirib ki, dünyanın folklor-linqvistik mənzərəsinin məzmunu struktur təşkilinin spesifikliyi, sosial-tarixi meyillərlə şərtlənən folklor konseptual sferası ilə müəyyən edilir, sosial-mədəni amilin folklor dilinə dolayı təsirini göstərir: “Folklor hadisəsi mədəni yaddaş daşıyıcısıdır. Folklor aid olduğu etnosun keçmişi, milli-mənəvi irsi, kimliyi, dünyagörüşü və s. özündə birləşdirən tarixi və dəyərlər sistemidir. Ayrı-ayrı folklor mətnləri-atalar sözləri, nağıllar, xalq mahnıları, dastanlar və s. Azərbaycan mentalitetini anlamaq, xalq mədəniyyətinin fundamental sabitlərini müəyyən etmək üçün zəngin, əvəzolunmaz bir mənbədir. Folklor ənənəvi xalq mədəniyyətinin modelləşdirmə sistemi olaraq, bu mədəniyyətin daşıyıcısının sosial təcrübəsini, mənəvi dəyərlərini müəyyənləşdirir, ənənəvi mədəni və etnik məna sistemini, mentalitetini təmsil edir. Folklor xalqın məişəti, həyat təcrübəsinə əsaslandığından burada bu və ya digər cəhətlərlə yanaşı, milli kimlik, dövlət idarəçiliyi, etno-konfessionallıq, ideoloji müəyyənlik və s. kimi siyasi məsələlər də ayrıca yer tutur”.

Onun fikrincə, folklor etnosiyasəti, etnopolitikası bu baxımdan ictimai həyatın, milli maraqların, etnomədəni tələblərin kompleksində xalq yaradıcılığı sahəsinə fərqli bir prizmadan yanaşılmasını da tələb edir: “Təsadüfi deyildir ki, Qüzey Azərbaycanda imperiyanın apardığı dil siyasəti, eləcə də Güney Azərbaycanda mədəni irsimizə olan kəskin təzyiqlərdə folklor nümunələri daha çox yaranmış, xalq məişətində gizli şəkildə mərasimlərimizin keçirilməsi ənənəsi davam etdirilmişdir. Bu fakt əslində xalqın siyasi mübarizə enerjisinin folklorda möhkəmlənən güclü dalğası demək idi. Deməli, folklor əslində dillə bağlı bütün sferaların yaddaşını öz təcrübəsində qoruyub saxlamaqdadır”.

Alim vurğulayıb ki, ədəbi dilin qorunması, saflaşdırılması siyasəti həm də onun ilkin qaynağı olan folklor mədəniyyətinin mühafizə edilməsi deməkdir: “Çünki milli kimlik, psixologiya, milli davranış, ümumilikdə etnik mentalitetin daşıyıcısı olan folklor yaddaşı onun dilində qorunur. Ədəbi dilimizə keçən bir çox dialekt, dil elementlərinin bu gün toplama materiallarında yer almaması, yazıya alınarkən diqqətsizlikdən kənarda saxlanılması, yaxud informator nitqində “yenilənməsi” gələcək nəsil üçün ciddi təhlükədir. Folklor mətnlərinin dilində sabit elementlər və onların dəyişkənliyə məruz qalması, süni transformasiyalar, yeni invariantların qurulması və s. bu sahədə diqqətdə saxlanılacaq problemlər sırasındadır”.

“Ədəbi dilin zənginləşməsi daimi bir prosesdir, gələcəkdə bir çox dil alınmalarını əvəz edə biləcək dialekt faktlarının qorunması bu baxımdan problemə kompleks yanaşmanı təlqin edir. Folklor dili elementləri bilavasitə qədim türk dil elementlərinin dominant xüsusiyyətini daşıdığından bu mətnlərin öyrənilməsində xüsusi həssaslıq tələb olunur. Təsadüfi deyildir ki, tarixi, etnolinvistik lüğətlərin hazırlanması folklor dilindən gələn məna və anlayışların məzmununda ifadə olunur”, - deyə o bildirib.

M.Abbasova əlavə edib ki, dilin saflaşdırılması, qorunmasına kompleks yanaşma həm də mədəni baxışda nitqin təmizlənməsi deməkdir. Yad sözlərdən, ifadələrdən, elementlərdən azad olan dil effektiv ünsiyyətin də məzmununa təsir etmiş olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub

Agentlik: Valideynlərin hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir

“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - ŞƏRH

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

Səadət Yusifova: “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi tarixi yaddaşın qorunmasına xidmət edir

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Ziyəddin Kassanov: Azərbaycan Axıska türklərinə hər zaman sahib çıxıb

Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

Azərbaycandan Özbəkistana məhsul ixracının dəyəri 2 dəfədən çox artıb

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb

TİKA ilə Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi arasında əməkdaşlıq genişləndiriləcək

AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazanıblar

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

Avropa Xəbər Agentlikləri Alyansı 70 illiyini qeyd edir

Birol Akgün: Axıska türklərinin taleyi XX əsrin ağır deportasiya faciələrindən biridir

Sahibkarlar yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Bakıda Belçikanın müstəmləkəçilik irsinə dair beynəlxalq konfrans keçirilib -  YENİLƏNİB VİDEO

Bakıda Belçikanın müstəmləkəçilik irsinə dair beynəlxalq konfrans keçirilib - YENİLƏNİB VİDEO

HTP qalibi: Çin dilinə marağım məni yenidən Şanxaya aparır

Fransada tufan olub, 26 min ev elektrik enerjisiz qalıb

® 5 limitlə işləriniz dayanmasın, “Birbank”ın “Sahibkar” və “Biznes” kartları ilə ödənişləri limitsiz qəbul edin

Nazirlik: 261 dövlət qurumu və təşkilatının nümayəndələri “e-mühasibat” təlimlərinə cəlb olunub

Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb

“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümə yeni tamaşalarla hazırlaşır

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 15 min bilet satılıb

Son yüz ilin ən güclü “El-Nino”su Britaniyaya fırtınalı payız gətirə bilər

Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir

Böyük Qayıdış: Xankəndidə, Xocalıda və Ağdərədə daha 87 ailəyə mənzillərin açarları verilib VİDEO

Böyük Qayıdış: Xankəndidə, Xocalıda və Ağdərədə daha 87 ailəyə mənzillərin açarları verilib VİDEO

Şahzadə Harri “Daily Mail”in naşirinə milyonlarla funt ödəyə bilər

UNEC klubunun prezidenti: Yeni mövsümdə ilk üçlükdə yer almağı hədəfləyirik - MÜSAHİBƏ

“Könüllülər koalisiyası” üzvlərinin növbəti görüşü avqustun 24-də olacaq

Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsi dəstəklənir – SORĞU

“New Silk Way” biznes forumunda nəqliyyat dəhlizlərinin inkişafı müzakirə ediləcək

Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək

Maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxs saxlanılıb VİDEO

Maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxs saxlanılıb VİDEO

Səhiyyə Nazirliyi: Samuxda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir

Azərbaycanda 21 avqust - 21 sentyabr “Sülh Aylığı” elan edilib

Ötən ay Türkiyədə 78 güclü meteoroloji hadisə qeydə alınıb

DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Kəlbəcərin dəvəgözü yataqlarında beynəlxalq arxeoloji tədqiqat aparılıb

İmişlidə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilib VİDEO

İmişlidə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilib VİDEO

Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir

Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir

BDU-nun 220 yerlik “Tələbə evi” müasir standartlara cavab verir

Çexiyada ilk dəfə külək turbini aşıb

Yaxın günlərdə hava şəraiti sabit və yağmursuz olacaq – PROQNOZ

Prezident: Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır

Azərbaycan Prezidenti: Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni istehsalat emalatxanaları yaradılıb

Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb

AQTA-nın sədri dondurma istehsalı müəssisəsində olub

Prezident: Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Vaqif Məhərrəmov Neftçalada torpağa tapşırılıb

Budapeştdə 20 Avqust bayramı atəşfəşanlıqla qeyd olunub

Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib

Frigiya Krallığının irsi: Ankarada minillik kurqanda arxeoloji qazıntılara başlanılıb VİDEO

Frigiya Krallığının irsi: Ankarada minillik kurqanda arxeoloji qazıntılara başlanılıb VİDEO

Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb

Şimali Koreyadan Trampa soyuq mesaj: “Tələsməyin, şərtlərimiz var”

Meqan Markl Böyük Britaniyaya qayıtdıqdan sonra aktrisalıq fəaliyyətini davam etdirə bilər

Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb

Abbas Abbasov: Belçika müstəmləkəçilik cinayətlərinə görə dövlət səviyyəsində üzr istəməli və təzminat ödəməlidir VİDEO

Abbas Abbasov: Belçika müstəmləkəçilik cinayətlərinə görə dövlət səviyyəsində üzr istəməli və təzminat ödəməlidir VİDEO

Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub VİDEO

Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub VİDEO

Türkiyə “Sakarya” qaz yatağında gündəlik hasilatı 45 milyon kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki şirkətlər yarım ildə yüksək artım və ixrac göstəriciləri nümayiş etdirib

ADPU: Yataqxanada tələbələr üçün bütün zəruri şərait yaradılıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid və qazi övladları üçün yay düşərgəsi açılıb

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sərdar İsmayılov Neftçalada torpağa tapşırılıb VİDEO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sərdar İsmayılov Neftçalada torpağa tapşırılıb VİDEO

Respublika üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb

Paul Nsapu Mukulu: Tarixi həqiqətin bərpası ədalət və barışıq üçün əsas şərtdir VİDEO

Paul Nsapu Mukulu: Tarixi həqiqətin bərpası ədalət və barışıq üçün əsas şərtdir VİDEO

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq VİDEO

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq VİDEO

Avropa çempionatı: Azərbaycanın bir boksçusu finala yüksəlib, digəri bürünc medal qazanıb

SOCAR WIN Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır

Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürük

Türkiyədə hökumətin yeni ortamüddətli iqtisadi proqramı təqdim ediləcək

Meksikalı rejissorun filmi X “DokuBaku” festivalının proqramına daxil edilib

Qazaxıstanda 10 nəfərin adı Qurultaydır

Mütəxəssis: Elmi əsaslandırılmış suvarma normalarının tətbiqi torpağın şoranlaşması riskini azaldır VİDEO

Mütəxəssis: Elmi əsaslandırılmış suvarma normalarının tətbiqi torpağın şoranlaşması riskini azaldır VİDEO

“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramında onlayn təlim mərhələsi başa çatıb

Bu saata olan əsas xəbərlər

Catherine Stella Namakula: Reparasiya məsələsi BMT səviyyəsində institusional çərçivəyə salınmalıdır VİDEO

Catherine Stella Namakula: Reparasiya məsələsi BMT səviyyəsində institusional çərçivəyə salınmalıdır VİDEO

Yanvar-iyul aylarında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib