Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının tarixi kökləri araşdırılıb
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Xocalı soyqırımı iyirminci əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirilib.
ADAU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov Xocalı faciəsinin dünyaya tanıtdırılmasının təməlini ulu öndər Heydər Əliyevin qoyduğunu xatırladıb. Rektor Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
İ.Cəfərov ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, bu faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl aparılan işlərdən danışıb. Bu siyasətin indi də davam etdirildiyini bildirən rektor tarixi ədalətin bərpasına nail olunmasının, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verilməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də Azərbaycan xalqının zaman-zaman ermənilərin etnik təmizləməsinə məruz qalmasından, Xocalı soyqırımının tarixi köklərindən söz açıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]