AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİNİN ƏMƏKDAŞLARI “RUSİYA BU GÜN” SEMİNARINDA İŞTİRAK ETMİŞLƏR
Seminarın açılışında Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin baş direktoru Dmitri Orlov, Rusiya Federasiyası prezidenti yanında İctimai Palatanın üzvü Aleksandr İqnatenko ölkənin bugünkü həyatı barədə məlumat vermişlər. Daha sonra seminar iştirakçıları İTAR-TASS-ın fəaliyyəti ilə tanış olmuşlar.
Seminar çərçivəsində Rusiyanın tarixi şəhərləri olan Vladimir və Suzdala ekskursiya təşkil olunmuş, Vladimir vilayətinin qubernatoru Nikolay Vinoqradov ilə görüş keçirilmişdir. Qubernator AZƏRTAC-ın əməkdaşının sualını cavablandıraraq bildirmişdir ki, vilayətdə yaşayan azərbaycanlıların heç bir problemi yoxdur, onlar vilayətin siyasi, ictimai, elmi, mədəni həyatında fəal iştirak edirlər.
Seminar iştirakçılarının yerli jurnalistlərlə görüşündə fikir mübadiləsi aparılmış, AZƏRTAC-ın əməkdaşı Orxan Muradov Rusiya Televiziya kanalına müsahibəsində Azərbaycanda gedən proseslər haqda ətraflı məlumat vermişdir.