AZƏRBAYCAN DRES-DƏ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, stansiyada “Heydər Əliyev Azərbaycan energetikasının qurucusudur” mövzusunda siyasi məşğələ keçirilmiş, dahi rəhbərin adını daşıyan muzeydə yeni guşə açılmış, ümummilli liderin xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri düzülmüş, Mingəçevirin energetiklər qəsəbəsindəki çadır şəhərciyində ehsan verilmişdir. Stansiyanın 2500 nəfərlik kollektivinin bir qrup nümayəndəsi Fəxri xiyabanı ziyarət edərək, ulu öndərimizin məzarı önünə əklil qoymuşdur.