“AZƏRBAYCAN ƏDƏBİYYATININ BORÇALI QOLU”
Gürcüstanlı alim Şurəddin Məmmədlinin “Azərbaycan ədəbiyyatının Borçalı qolu” adlanan kitabı Gürcüstan azərbaycanlılarının ədəbi ənənələrinin əzəl cağlarına həsr olunmuşdur. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu sanballı elmi-tədqiqat işində müəllif Borçalıda ədəbi fəaliyyətin genetik qaynaqlarını, lirik, satirik poeziyanın, dini şerin, bədii nəsrin, dramaturgiyanın inkişaf istiqamətlərini, bədii ədəbiyyatda Borçalı mövzusunu, Borçalı ədəbi mühitində sənətkarlıq özəlliklərini təhlil edir. Monoqrafiyanın axırında verilən elmi kataloq Borçalı ədəbi mühitinə mənsub sənətkarların tarixi-coğrafi-ədəbi soykötüyü haqqında mütəxəssislərdə və oxucularda geniş təsəvvür yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]