Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında onlayn təhsil davam edir
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin dayandırılması ilə əlaqədar Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında onlayn təhsil davam edir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, onlayn formada təhsil tədris planı üzrə bütün dərsləri əhatə edir.
Onlayn təhsil Təhsil Nazirliyinin təhsil müəssisələrinə təklif etdiyi “Microsoft Teams” platforması üzərində təşkil olunur. Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlığa əsasən “Microsoft Teams” platformasında akademiyanın bütün əməkdaşları və tələbələri üçün domenlər yaradılıb.