“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr” jurnalının yeni nömrəsi nəşr olunmuşdur
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) elmi nəşri olan “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr” jurnalının yeni nömrəsi işıq üzü görmüşdür.
RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, jurnalda Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan elmi-tədqiqat işlərinin nəticələri toplanmışdır.
Nəşrdə Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda Bakıda keçirilən V Beynəlxalq konfransın materiallarından ibarət elmi məqalələr də verilmişdir.
Yeni nəşr seysmik rayonlaşdırma və zəlzələyə davamlı tikinti məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr” jurnalı ildə bir dəfə nəşr olunur və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]