AZƏRBAYCAN-ESTONİYA PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİNİN BÖYÜK PERSPEKTİVLƏRİ VAR
Azərbaycan-Estoniya parlamentlərarası əlaqələrinin böyük perspektivləri olduğunu bildirən A.Məmmədxanov il ərzində dörd görüş keçirən qrupun işinin səmərəliliyindən danışdı. O, Avropa qurumlarına inteqrasiya sahəsində Estoniyanın təcrübəsinin Azərbaycan üçün faydalı olacağını vurğulayaraq dedi ki, ölkəmiz Estoniya ilə münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verir.
Söhbət zamanı qarşılıqlı surətdə səfirliklər açılmasının, biznes forumları, humanitar sahədə müxtəlif tədbirlərin, o cümlədən mədəniyyət günlərinin, rəssamların sərgilərinin keçirilməsinin zəruriliyi qeyd olundu.
Marko Mihkelson əmin olduğunu söylədi ki, hər iki ölkənin deputatları bütün sahələrdə Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi üçün var qüvvə ilə səy göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]