AZƏRBAYCAN FAUNASININ MƏLUMAT BANKI HAZIRLANIR
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, internet sisteminə daxil etmək üçün Azərbaycanın heyvanat aləminin ibtidailərdən tutmuş məməlilərə qədər növ tərkibini, genofondunu, biologiya və ekologiyasını əhatə edən informasiya–məlumat bankı hazırlanır.