Azərbaycan fevralda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib
Bakı, 16 mart, AZƏRTAC
Fevral ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barrel olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 593 min barrelini xam neft, 148 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barrel təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]