AZƏRBAYCAN GƏNCLƏRİNIN NÜMAYƏNDƏ HEYƏTİNİN ÖZBƏKİSTANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Nümayəndə heyətinin üzvləri Daşkənd İslam Universitetində, Beynəlxalq İqtisadiyyat və Diplomatiya Universitetində olmuş, Daşkənd Şəhər Hakimiyyətində görüş keçirmişlər.
Qonaqlar qədim Səmərqənd şəhərinə də getmiş, buradakı Gənclər Mərkəzinin işi ilə tanış olmuş, şəhərdəki qədim tarixi abidələrə baxmışlar.
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycanın və Özbəkistanın gənc müğənniləri geniş konsert proqramı ilə çıxış etmişlər. Azərbaycanın gənc müğənniləri - Xatirə Əzizova, Səbinə Əmirova, Rüfət Axundov, Elnarə Xəlilova və başqalarının oxuduğu mahnılar alqışlarla qarşılanmışdır.
Bununla da Azərbaycan nümayəndə heyətinin səfəri başa çatmışdır.