Azərbaycan gimnastı: Növbəti olimpiadada bundan da yaxşı çıxış edəcəyəm
Bakı, 2 avqust, AZƏRTAC
Çıxışımdan çox da razı qalmadım. Buna baxmayaraq inanıram ki, Los-Ancelesdə keçiriləcək növbəti olimpiadaya lisenziya qazanacağam. Orada bundan da yaxşı çıxış edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vuran batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.
İyirmi yaşlı idmançı ilk cəhdi zamanı həyəcanlı olduğunu bildirib: “Təbii ki, həyəcan var idi. Əslində, davam edə bilərdim. Amma o an nə baş verdiyini heç özüm də dərk edə bilmədim. İkinci cəhdimdə isə özümü toparladım ki, ölkəmizi layiqincə təmsil edə bilim. Bu mənim ilk olimpiadamdır. Azərbaycanın batut gimnastikası tarixində ilk lisenziyanı əldə etdim. Bununla da tarix yazdım. Xalqımıza, ailə üzvlərimə və dostlarıma mənə verdikləri dəstəyə təşəkkür edirəm”.
Xatırladaq ki, Selcan Mahsudova yekun nəticələrə əsasən on altı gimnast arasında onuncu pillədə qərarlaşıb. İlk “səkkizlik”də yer ala bilməyən idmançı turnirlə vidalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]