Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Gimnastika Federasiyası: Sürətli inkişaf və parlaq nailiyyətlərlə zəngin olan 15 il

Azərbaycan Gimnastika Federasiyası: Sürətli inkişaf və parlaq nailiyyətlərlə zəngin olan 15 il

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyası (AGF) 15 illik yubileyini qeyd edir.

AZƏRTAC xəbər verir ki, AGF-in 2002-ci il oktyabrın 7-də keçirilən təsis konfransında Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi ilə AGF yenidən qurulub. İlk dövrdə AGF-in fəaliyyəti əsasən bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikasını əhatə edirdi.

Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi idmanın bu növünün ölkəmizdə sürətli inkişafına və mühüm uğurların qazanılmasına imkan verib. İlk uğurlar özünü çox gözlətməyib. Təsis konfransından bir neçə ay sonra - 2003-cü ilin avqustunda Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi təşkil olunub. Sentyabrda isə Azərbaycanın bədii gimnastika tarixində ilk Olimpiya lisenziyası əldə edilib. Lisenziyanı Budapeştdə keçirilən 26-cı dünya çempionatında Dinara Gimatova qazanıb.

Bundan sonra uğurların ardı-arası kəsilməyib. Belə ki, 2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi təşkil edilib. Həmin il Afinada keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan gimnastikası ilk dəfə təmsil olunub. “Afina-2004” Olimpiya Oyunlarında Anna Qurbanova bədii gimnastika üzrə yarışlarda mübarizə aparıb.

Növbəti il Azərbaycan Gimnastika Federasiyasının tarixində xüsusilə əlamətdar il olub. Bakıda üçüncü dəfə “A” seriyasına aid bədii gimnastika üzrə Dünya Kubokundan əlavə, ölkəmiz oktyabrda müstəqil Azərbaycanın tarixində və ümumiyyətlə, keçmiş SSRİ məkanında ilk dəfə bədii gimnastika üzrə 27-ci dünya çempionatına ev sahibliyi edib.

2006-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yenidən AGF-in prezidenti seçilməsi idmanın bu növünün inkişafında və federasiyanın fəaliyyətində yeni mərhələnin başlanmasına təkan verib. Bu mərhələdə Azərbaycan gimnastika idmanı üzrə nailiyyətlərlə yanaşı, yenidən mötəbər tədbirlərə ev sahibli etməyə başlayıb. Belə ki, növbəti il - 2007-ci ildə Bakıda ilk dəfə kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları, Bakıda ilk dəfə olaraq, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı təşkil olunub. Bu çempionatda gimnastımız Aliyə Qarayeva qızıl medal qazanıb. Gimnastlarımız komanda yarışında da uğur qazanaraq, mötəbər turniri bürünc medalla başa vurublar. Bu uğuru davam etdirən bədii gimnastlarımız 28-ci dünya çempionatında da komanda hesabında üçüncü yeri tutublar. Bu nailiyyətlə də millimiz “Pekin-2008” Olimpiya Oyunlarına maksimal sayda lisenziyanı təmin edib.

Nailiyyətlərlə məhsuldar olan 2007-ci il AGF üçün daha bir uğurla da yadda qalıb. Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi 2007-ci ilin idman yekunlarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası ilin ən yaxşı komandası elan olunub.

2009-cu ildə Bakının ev sahibliyi ilə ikinci dəfə bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilib. Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatında komanda hesabında iki gümüş, fərdi yarışlarda isə bir bürünc medal qazanılıb.

Azərbaycanın bədii gimnastlarının Avropa çempionatında ilk medalı 2010-cu ildə əldə olunub. Bremendə 26-cı Avropa çempionatında Aliyə Qarayeva çoxnövçülük yarışında bürünc medal qazanıb. Həmin çempionatda gimnastlarımız əlavə olaraq gümüş və bürünc medala layiq görülüblər.

2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası (MGA) Azərbaycanda gimnastikanın inkişafında növbəti mühüm addım olub. Gimnastikanın bütün 6 yarış növü üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı bu möhtəşəm arena mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Bundan başqa, Milli Gimnastika Arenası möhtəşəmliyi ilə təkcə təlim-məşq toplanışına və yarışlara gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan idman həvəskarlarını da valeh edir.

2015-ci il AGF üçün xüsusilə əlamətdar olub. Azərbaycan gimnastları Bakıda keçirilən birinci Avropa Oyunlarının proqramına daxil olan gimnastikanın bütün altı növü üzrə yarışlarda uğurla mübarizə aparıblar. Oyunlarda Azərbaycan gimnastları ümumilikdə 7 medal qazanıblar.

AGF-in prezidenti, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dövlətimizin başçısının Sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi bu uğurların təntənəsi olub. Gimnastika üzrə əldə olunmuş nailiyyətlərə görə, həmçinin AGF-in vitse-prezidenti Altay Həsənov “Şöhrət” ordeni, Oyunlarda 5 medal qazanan Oleq Stepko “Şöhrət” ordeni, dörd idmançı “Tərəqqi” medalı, bir neçə məşqçi isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif ediliblər. Bu, Azərbaycan Prezidentinin ölkəmizdə gimnastikanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi idi.

2016-cı ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan “Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.

AGF-in uğurları cari ildə də davam etdirilib. Bu ilin martında Azərbaycan Gimnastika Federasiyası üç il ərzində ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafata layiq görülən fərqlənən federasiyaların reytinq siyahısına daxil olub.

Federasiyanın prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif edilib.

Bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazanıblar. Bu, gimnastlarımızın bir turnirdə əldə etdikləri medal sayına görə rekord göstəricidir.

Bütün bu uğurlar onu göstərir ki, AGF prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən 15 il ərzində federasiyaya rəhbərliyi, genişmiqyaslı fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, uğurlu beynəlxalq fəaliyyət və ən əsası parlaq nailiyyətlərlə müşahidə olunur. Bu uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına güclü inam yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib