Azərbaycan gimnastları nüfuzlu yarışlarda yarımfinala və finala yüksəliblər
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında, eləcə də 1-ci dünya çempionatında mərhələ adlayıblar.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yığma komandanın üzvlərindən Ömər Qasımlı, Fərhad Mustafayev (batut gimnastikası) sinxron proqramda finala yüksəliblər.
Hüseyn Abbasov (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) analoji yarışda finala, dünya çempionatında isə yarımfinala vəsiqə qazanıblar.