AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ GÜRCÜSTANA YOLLANMIŞLAR
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycan idmançıları iyunun 13-də Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin şərəfinə yunan-Roma güləşi üzrə başlanmış beynəlxalq turnirdə qüvvələrini sınayırlar. Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, ölkəmizi yarışda məşqçilər Orxan Əliyev və Rasim Ağayevin rəhbərliyi ilə Hüseyn Abbasov, Elvin Əliyev (hər ikisi 46 kq), Əsəd Fərəcəliyev, Rövşən Tağıyev (hər ikisi 54 kq), Hüseynqulu Gülümcanov, Kamran Xıdırzadə, Ceyhun Əliyev (hər üçü 58 kq), Babək Rəhimov, Məmmədqulu Müzəffərov, Ceyhun Bayramov (hər üçü 63 kq) təmsil edirlər. Hakim qismində isə Gürcüstana Zakir Məmmədov yollanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]