AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ “QIZIL QRAN-PRİ” YARIŞLARININ BİRİNCİ SEÇMƏ MƏRHƏLƏSİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Beynəlxalq “Qızıl Qran-pri” yarışlarının ilk seçmə mərhələsi olan bu turnirdə ölkəmizi məşqçilər Aslan Ağayev və Vahid Məmmədovun rəhbərliyi ilə 6 güləşçi təmsil edəcəkdir. Yığma komandanın heyətində olimpiya və dünya çempionu, dünya kubokunun sahibi Namiq Abdullayev (55 kq), yeniyetmələrin dünya çempionatının ikiqat qalibi Namiq Sevdimov (55 kq), Azərbaycan çempionu İbad Məmmədov (60 kq), gənclərin Avropa çempionatının ikiqat gümüş medalçısı, dünya kubokunun sahibi Elman Əsgərov (66 kq), bir sıra beynəlxalq turnirlərin qalibi Əli İsgəndərov (66 kq) və gənclərin Avropa çempionatının gümüş medalçısı, Afina Olimpiadasının iştirakçısı Elnur Aslanov (74 kq) təmsil olunurlar.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Moskvaya yola düşmüşdür. Beynəlxalq dərəcəli hakim Qərib Əliyev yarışları idarə edənlər sırasında olacaqdır.
Xatırladaq ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti ötən ilin sonlarında sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq “Qızıl Qran-pri” yarışlarının ilk dəfə olaraq keçirilməsi barədə qərar qəbul etmişdi. Seçmə mərhələlərdən sonra final görüşləri iyunun 23-25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]