Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı keçirilib

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənkənar VI qurultayı öz işinə başlayıb.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Tədbirin gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib.

Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəlikdəki birinci məsələ - “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi” ilə bağlı Səttar Möhbalıyev çıxış edib.

O bildirib ki, həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifə işçilərin sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi və onların maraqlarının qorunmasıdır. AHİK sədrinin sözlərinə görə, bu işlərin səmərəli həyata keçirilməsi ölkədəki stabilliklə, hakimiyyətdə demokratik və peşəkar qüvvələrin təmsil olunması ilə sıx bağlıdır: “Konfederasiya yarandığı vaxtlar hakimiyyətdəki qüvvələrin bizə hansı təzyiqlər göstərdiyi, hansı qeyri-qanuni addımlar atıldığı çoxlarına məlumdur. Bütün bunlara Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə son qoyuldu. Digər təsisatlar kimi, həmkarlar ittifaqlarının hüquqları beynəlxalq normalara uyğun bərpa olundu, sosial tərəfdaşlıq institutları formalaşmağa başladı. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən başlayaraq bütün prezident seçkilərində həmkarlar ittifaqlarının vahid namizədi məhz İlham Heydər oğlu Əliyev olub”.

Son 20 ildə ölkəmizin iqtisadi uğurlarından danışan S.Möhbalıyev ölkə iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulduğunu, yoxsulluğun səviyyəsinin 5,5 faizə endiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya isə 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb, ünvanlı sosial yardımın orta məbləği isə 11 dəfə artıb. O, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində həmişə olduğu kimi, demokratiyanın zəfər çalacağına əminliyini ifadə edib. AHİK sədri deyib: “Xalqımız sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, hakimiyyəti sınanmış və etibarlı əllərdə saxlayacaq”.

Səttar Möhbalıyev vurğulayıb ki, Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi deməkdir. Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqının hər bir üzvü seçkilərdə Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edir. “Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını İlham Əliyevin ölkəmizə rəhbərliyində görürük”, - deyə AHİK-in sədri bildirib.

Sonra çıxış edən AHİK-ə üzv təşkilatların sədrləri Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi üçün gördüyü işlərdən danışıblar, onun namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.

Qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub və İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.

Gündəlikdəki “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti” ilə bağlı çıxış edən S.Möhbalıyev bildirib ki, 2018-2023-cü illərdə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətlərinin təşkilinə 154 milyon 658 min manat vəsait xərclənib. Bu vəsaitin hesabına 391 min 836 nəfər müalicə alıb və istirahət edib. AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib və indiyədək 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb. Eyni zamanda, 700 nəfər tələbəyə 300 min manata yaxın adlı təqaüd verilib, 180 nəfərə yaxın tələbənin təhsil haqqı ödənilib. Bundan əlavə, hər il 230 nəfər tələbənin qidalanma xərcləri ödənilir.

AHİK sədri, həmçinin bildirib ki, 2018-2023-cü illərdə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı həmkarlar ittifaqının hüquq müfəttişləri tərəfindən məhkəmələrə 79 iddia ərizəsi ilə müraciət edilib: “Onlardan 63 iddia tələbi işə bərpa ilə əlaqədar olub, tələblərin hamısı məhkəmələr tərəfindən təmin edilib. Bu müddət ərzində AHİK-ə və üzv təşkilatlara daxil olan 739 min 480 ərizə-şikayət araşdırılaraq müvafiq tədbirlər görülüb. Üzv təşkilatlara daxil olmuş ərizələrin 99,5 faizi müsbət həllini tapıb. Bu dövrdə AHİK tərəfindən həmkarlar ittifaqı üzvlərinə 600 min manat maddi yardım göstərilib. Həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə bu dövrdə 141 min 600 manat yardım verilib. Hər il təqribən 120-dən çox sahə sazişi, 11 min 500-dən çox kollektiv müqavilə bağlanılır”.

AHİK-in 2018-2023-cü illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ətrafında çıxışlarda qurumun işi qənaətbəxş hesab olunub və qərar səs çoxluğu ilə qəbul olunub. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyularaq təsdiqlənib.

Gündəlikdəki “AHİK sədrinin seçilməsi” barədə məsələ ilə bağlı çıxışlarda sədr vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

S.Möhbalıyev ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, bundan sonra da Azərbaycan həmkarlar ittifaqının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.

Bununla da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO