Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat yayıb

AHİK İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat yayıb

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dekabrın 20-də keçirilən növbədənkənar VI qurultayının iştirakçıları gələn ilin fevralında növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər.

AZƏRTAC bəyanatı təqdim edir:

“Həmkarlar ittifaqlarının fəaliyyətində səmərəlilik qanunun aliliyinin qorunmasından, sosial-iqtisadi tərəqqidən, sabitlikdən, demokratiya, insan hüquq və azadlıqlarının təmin edilməsindən, vətəndaş cəmiyyətinin inkişafından çox asılıdır. Azərbaycan Respublikasının bu sahədə nail olduğu böyük uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin xidmətləri və onun yolunu davam etdirən Prezident İlham Əliyevin siyasəti dayanır.

Həmkarlar ittifaqları işçilərin, pensiyaçıların, təhsil alanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işində daim Prezident İlham Əliyevin güclü dəstəyini hiss edir. Məhz bu dəstəyin sayəsində Azərbaycanın həmkarlar ittifaqları işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq nümayiş etdirir və qətiyyətli addımlar atır.

Həmkarlar İttifaqlarının üzvləri əmək münasibətlərinin tənzimlənməsində, sosial tərəfdaşlığın səmərəliliyinin artırılmasında verdikləri töhfələrlə haqlı olaraq fəxr edir.

Konfederasiya 44 günlük Vətən müharibəsində də, COVID-19 pandemiyası dövründə də respublikamızda ümumi işə dəstək olmaq üçün əlindən gələni əsirgəmədi. Şəhid ailələrinə, müharibə veteranlarına həssas münasibət, vətəndaşların əmək hüquqlarının qorunması, sosial rifah halının yaxşılaşdırılması, bütövlükdə cəmiyyətin ahəngdar inkişafının təmin edilməsi fəaliyyətimizin əsas qayəsini təşkil edir.

Biz hər gün respublika üzrə ən müxtəlif kollektivlərin içərisindəyik. Həmkarlar ittifaqları Prezident İlham Əliyevə ümumxalq məhəbbətini və dəstəyini, böyük inamı hər bir kollektivdə hiss edir.

20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız İlham Əliyevə etibar edib.

O, Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirib, hər kəs Prezident İlham Əliyevin sözünün imzası qədər güclü olduğunu bilir. İlham Əliyev Azərbaycan xalqını ən böyük arzusuna çatdıran - Şuşanı azad edən milli liderdir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, Xocalıda qürurla dalğalanması tarixə əbədi həkk olan böyük səadətdir.

Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti nəticəsində qələbədən-qələbəyə doğru mətin addımlarla irəliləyib, böyük inkişaf yolu keçib, zirvələr fəth edib. Bütün bunlar nəyi, nə vaxt və necə etmək lazım olduğunu dəqiq hesablayan siyasi liderin tarixi xidmətləridir.

Bu gün dünyanın müxtəlif regionlarında qanlı hadisələr, sonu görünməyən müharibələr baş verir. Belə bir şəraitdə Azərbaycan dünyada sabitlik, inkişaf, təhlükəsizlik adası kimi yalnız irəliyə gedir, şöhrəti bütün aləmə yayılır. Birinci xanım Mehriban Əliyeva da bu şərəfli yolda Azərbaycan Prezidentinin ən yaxın silahdaşıdır.

Bütün Azərbaycan xalqı kimi, həmkarlar ittifaqları da zaman-zaman ölkəmizin məhz müstəqil siyasət kursuna görə hansı təzyiqlərə, çirkin kampaniyalara məruz qaldığını yaxşı bilir. Ancaq bütün bunlar Azərbaycanın əzminə, inkişaf yoluna mane ola bilmədi. Xalqımızın böyük oğlu İlham Əliyev Azərbaycanı bütün bəlalardan qorudu, təmkinlə, qətiyyətlə, dönməzliklə ölkəni yeni uğurlara apardı.

Bu gün ərazi bütövlüyünün, suverenliyinin pozulmasından əziyyət çəkən nə qədər ölkə var. Azərbaycan isə cəmi 44 günə əldə etdiyi Qələbə ilə tarix yazdı. Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşdi, hərbi dərsliklərə düşən döyüş əməliyyatları aparıldı.

2023-cü ilin 19-20 sentyabr antiterror tədbiri zamanı - cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan Ordusunun qalıqları məhv edildi, qanunsuz hərbi rejimin xunta başçıları diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Əli xalqımızın qanına batmış xunta başçıları, Xocalı cəlladları indi layiq olduqları yerdə - həbsxanalardadır, törətdikləri müharibə cinayətlərinə görə Azərbaycan məhkəmələri qarşısında cavab verməyə məhkum ediliblər. Budur, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev siyasətinin təntənəsi, zəfər salnaməsi!

Bu gün Müstəqil Azərbaycan tam əmin əllərdədir, ölkəmiz tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Fərəhlə söyləyə bilərik ki, bu, məhz Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əvvəlki prezident seçkilərində olduğu kimi bu dəfə də mövqeyi birmənalı, yekdil və dəyişməzdir.

Biz - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayının nümayəndələri 1,5 milyon həmkarlar ittifaqı üzvləri adından 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində xalqımızla həmrəyliyi davam etdirərək, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirən böyük şəxsiyyət İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik!

Biz hər bir Azərbaycan vətəndaşını ilk dəfə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi şəraitində keçirilən bu seçkilərdə fəal iştiraka, seçki günü məntəqələrə gələrək bu şanlı tarixi prosesin bir hissəsinə çevrilməyə, onu imzası ilə möhkəmləndirməyə çağırırıq! Azərbaycana qələbə yaraşır! Yaşasın müzəffər xalq! Yaşasın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib