Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan həndbolunun inkişaf tarixi

Azərbaycan həndbolunun inkişaf tarixi

İdmanın bu növü üzrə ilk uğur “Avtomobilçi” komandasının adı ilə bağlıdır

Bakı, 28 mart, AZƏRTAC

Həndbol idman oyununun yaranma tarixi 1898-ci ilə təsadüf edir. Həmin il Danimarkanın Ordrup şəhərinin bədən tərbiyəsi müəllimi Holqer Nilsen tərəfindən bədən tərbiyəsi dərslərinə, qadın qrupu üçün “handball” (“hand” - əl və “ball” - top) adlanan topla oyun daxil edilib. Amma aparılan araşdırmalar həndbolun yaranma tarixinin daha erkən vaxta təsadüf etdiyindən xəbər verir.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycanda həndbolun inkişafına ilk dəfə 1926-1928-ci illərdə cəhd edilib. Lakin o zaman bu yeni oyun Bakı idmançılarının ürəyinə yol tapa bilməyib. Həmin illərdə üstünlük futbol, basketbol və voleybol kimi çox geniş yayılmış idman oyunlarına verilirdi.

Ölkəmizdə əl topu idmanının yaranması və inkişafı haqqında ilk məlumat 1955-ci ilə təsadüf edir. Azərbaycanın ilk hərbi həndbol komandasının banisi V.Çernoqortsev həmin il Leninqradda təhsil aldıqdan sonra Bakıya qayıdaraq seminar təşkil edir və yeni oyun haqqında məlumat verir. Bu oyunun əsgərlərin fiziki tərbiyəsində gözəl vasitə olacağını düşünən ordu idman rəhbərləri əl topu oyunu ilə maraqlanırlar. Nəticədə texnika və taktika mükəmməlləşdirildikdən, qaydalar dəyişdirildikdən sonra əl topu oyunu silahlı qüvvələrin ən əsas idman növlərindən birinə çevrilir.

Həndbol idmançı-hərbi qulluqçular arasında geniş vüsət aldıqdan və silahlı qüvvələr üçün vacib idman növlərindən birinə çevrildikdən sonra qarnizonlar arasında birinciliklərin keçirilməsinə başlanılıb. Baş məşqçisi və oyunçusu V.Çernoqortsev olan əsgər və hərbi qulluqçulardan ibarət komanda mümkün olduğu qədər yoldaşlıq və göstəriş oyunları təşkil edirdi. Hakimlər və məşqçilər üçün seminarlar keçirilirdi. Bu da hərbçi kollektivlərində həndbolun inkişafı üçün gözəl stimul yaradırdı.

Bakının hərbi dairə komandası Azərbaycanı ilk dəfə 1956-cı ildə Vilnüsdə keçirilən əl topu oyunu üzrə birinci sovet çempionatında təmsil edib. Lakin Azərbaycan komandası bu yarışlarda finala çıxa bilmir. Əlbəttə ki, əl topu oyunu ilə artıq bir neçə il tanış olan Moskva vilayətinin, Lvovun, Kiyevin, Leninqradın güclü kollektivləri ilə oynamaq heç də asan deyildi. Lakin respublikamızda həndbolun inkişafı davam etməkdə idi.

Hərtərəfli inkişafa kömək edən bu əyləncəli oyunla artıq tələbələr də maraqlanmağa başlamışdılar. Həmin il - yəni, 1956-cı ildə Bakıda əl topu oyunu üzrə kurs təşkil edildi. Bu kursda Bədən Tərbiyəsi və İdman İnstitutunun bəzi müəllimləri, o cümlədən V.İ.Sorokin və N.Əliyev də iştirak ediblər. Tələbələr arasında oyunun inkişaf etdirilməsi təşəbbüsü məhz V.İ.Sorokinə məxsus idi. Azərbaycanda ilk həndbol komandası 1957-ci ildə V.İ.Sorokin tərəfindən yaradılıb. O, Bədən Tərbiyəsi və İdman İnstitutunun nəzdində basketbolçulardan, voleybolçulardan ibarət komanda yaratmış, onlara yeni oyunun qaydalarını izah etmiş və onlara həndbolun texnika və taktikasını öyrətmişdi.

1958-ci ildə Bakının əsas etibarilə hərbçilərdən və həmçinin tələbələrdən təşkil edilmiş Ordu İdman Klubu (OİK) SSRİ çempionatında iştirak etmək üçün Voronejə yola düşüb. Lakin keçmiş Sovet İttifaqının çempionatından əvvəl Bakının dörd komandası - “Spartak”, “Dinamo”, “OİK “ və “Burevestnik” komandaları arasında şəhər birinciliyi təşkil edilmişdi. Beləliklə, həndbol ildən-ilə daha da məşhurlaşmağa başlayır.

1958-ci ilin oktyabrında Bakıda paytaxtın yığma komandası ilə Tbilisi komandası arasında ilk beynəlxalq həndbol matçı keçirilib. Təmsilçilərimiz gürcü rəqibləri üzərində 12:6 hesabı ilə qələbə qazanıblar.

1956-1961-ci illər ərzində keçmiş SSRİ-də həndbol üzrə altı birincilik təşkil olunub. Bu yarışlarda Bakı komandaları da iştirak ediblər. Yarışlar 11x11 formasında keçirilib. Həndbol üzrə 7x7 formatında yarışlar isə ilk dəfə 1962-ci ildə SSRİ birinciliyində keçirilib. Bu çempionatda Bakının “Dinamo” komandası da iştirak edib və Tbilisidə keçirilən yarımqrupda üçüncü yeri tutub. İlk SSRİ çempionatının qalibi Tbilisinin “Burevestnik” komandası olub.

Azərbaycan həndbolunun inkişafında ən diqqətəlayiq məqam ondan ibarətdir ki, Bakı idmançıları təkcə 11x11 formatında məşq və oyun keçirmirdi, 7 nəfərdən ibarət tərkibdə də oynayırdılar.

Paytaxtımızda kişi həndbolu ilə yanaşı, qadın həndbolu da inkişaf edirdi, V.İ.Sorokinin təşəbbüsü ilə qadın komandası da yaradılmışdı. 1962-ci ildə 7x7 həndbolu üzrə keçirilən ilk SSRİ birinciliyinin iştirakçıları arasında Bakının “Lokomotiv” qadın komandası da var idi. Yarışda iştirak edən 18 komanda arasında bakılı qızlar beşinci yeri tutublar.

1963-cü ildə isə Bakının “Dinamo” komandası Tbilisinin “Burevestnik” kollektivinə 13:11 hesabı ilə qalib gələrək birinci yeri tutur və ittifaq birinciliyinin finalına çıxır. Komandamız 12 güclü komanda arasında iştirak edərək altıncı pillənin sahibi olur. “Dinamo” komandasının oyunçularından A.Çolaqoğlu, A.Şilyayev, V.Korotkiy, A.Paxunkov, A.Quliyev, V.Kiriçek, T.Mehdibəyli və başqaları gözəl oyun nümayiş etdirərək respublikamızın idman şərəfini ləyaqətlə qoruyublar.

1963-cü ildən 1969-cu ilə qədər “Dinamo” komandası SSRİ birinciliyinin yüksək liqasında müvəffəqiyyətlə çıxış edərək ən güclü komandalar sırasına daxil olmuşdu. 1965-ci ildə respublikanın qadın həndbol komandası Sovet İttifaqının çempionatlarında “Spartak”ın himayəsi altında çıxış etməyə başlayır. Həmin il Azərbaycanın həndbol azarkeşləri üçün ən əlamətdar il olur. Belə ki, klubun tarixində ilk dəfə olaraq “Spartak” komandası yüksək liqa komandaları arasında keçirilən SSRİ birinciliyində bürünc mükafata layiq görülür. “Spartak”ın komanda heyətinə Rəfiqə Şabanova, Validə Həmidova kimi idmançılar və qapının etibarlı müdafiəçisi olan Qalina Kazaşnikova da daxil idi. 1970-ci ildən 1974-cü ilə qədər qadınlardan ibarət “Spartak” komandası ardıcıl beş dəfə ikinci yeri tutub.

1974-1976-cı illər respublika həndbolunun yüksəliş dövrü idi. Azərbaycanda əl topu oyunu üzrə çempionatlar ölkənin rayonlarında da keçirilməyə başlayır. Bu da respublikamızda həndbolun inkişafına təkan verir.

Azərbaycan həndboluna V.Kozlov, Y.Kleyner, V.Korotkiy, A.Çolaqoğlu, A.Şilyayev, Ç.Axundov, K.Kəbirlinski, L.Leksutov, V.Botov, V.Kiriçek, N.Məmmədov, R.Sadıxov, A.Noviçkov, V.Neçay, İ.Əsgərov onlarla gənc istedadın üzə çıxarılmasına, həndbolun inkişafına öz töhfələrini veriblər. V.Sorokin, A.Zubkov, V.Zubkov, A.Paxunkov, V.Kozlov, T.Mehdibəyli, Z.Qasımov, V.Şaqin, C.Məmmədov, D.Qluşko gözəl idmançı, hakim və məşqçilər kimi indi də xatırlanırlar.

Uzun müddət həndbol orbitində V.Korotkiy, A.Çolaqoğlu, V.Kiriçek, V.Xudoyaqko, A.Fərzəliyev, V.Masalov, İ.Leksutov, V.İvanov, V.Soloqubov, V.Mokrousov, A.Ağayev, V.Utkin, M.Xametov, V.Neçay, A.Petrov, Q.Panin, V.Əliyev, Ç.Əzimov, A.Məmmədov, V.Quliyev və başqaları parlayıblar.

Ölkəmizdə həndbolun inkişafının göstəricisi kimi, təkcə bunu demək yerinə düşər ki, Bakının “İMF” (İdman Malları Fabriki) komandası 1975-1990-cı illərdə uğurla çıxış edərək beş dəfə ikinci, beş dəfə isə üçüncü sırada yer almağa nail olub.

1976-cı ildə Beynəlxalq Həndbol Federasiyası Avropa ölkələri kubokları sahiblərinin kuboku uğrunda yarış keçirmək barədə qərarı qəbul edib. 1976-cı ildə keçmiş SSRİ çempionatında gümüş medal qazanmış Bakının “Spartak” komandası 1976-1977-ci illərdə “Kuboklar Sahiblərinin Kuboku” uğrunda mübarizəyə qatılmaq hüququ əldə edir.

1983-cü ildə Bakının “Аvtomobilçi” komandası keçmiş SSRİ çempionatında üçüncü yerə çıxaraq Beynəlxalq Həndbol Federasiyasının (BHF) kuboku uğrunda mübarizəyə qatılır. Nəticədə Azərbaycan idmanı tarixində ilk dəfə olaraq qadın həndbol komandası BHF-in rəsmi mükafatını - baş kubokunu qazanır. Bu, həm də həndbol üzrə klub turnirləri səviyyəsində Azərbaycanın ilk uğuru olur.

Həndbol, xüsusən də qadın həndbolu Azərbaycanda zəngin ənənəsi olan idman növlərindəndir. Həndbolçularımızın qazandıqları uğurlar da bunu təsdiqləyir. Təsadüfi deyil ki, idmanın bu növü üzrə Olimpiya çempionlarımız da var. Tanınmış idmançılarımız - Rəfiqə Şabanova və Lyudmila Şubina Monreal, uzun illər Bakının “Avtomobilçi” komandasının şərəfini qoruyan Larisa Savkina isə Moskva olimpiadalarının çempionu olublar. 1984-cü ildə siyasi böhranla əlaqədar SSRİ idmançıları ABŞ-ın Los-Anceles şəhərində təşkil edilmiş olimpiadaya qatıla bilmirlər. Alternativ yarışın - “Xoşməramlı oyunlar”ın (“Dostluq-84”) qalibi olan SSRİ komandasının heyətində həndbolçumuz Asmira Əsgərova qızıl medala layiq görülüb. 1988-ci il Seul Olimpiadasında daha bir təmsilçimiz - Elina Qusyeva bürünc medal qazanan SSRİ seçməsinin heyətində olub. Lüdmila Şubina ilə Marina Cəfərova dünya çempionatının da mükafatçılarıdır. Svetlana Mozqavaya, Lina Neudaxina, Yelena Kalaşnikova kimi həndbolçularımız isə yeniyetmə və gənclər arasında dünya çempionu adına layiq görülüblər.

Q.Kamışnikova, N.Osetinskaya, Q.Dunçeva, Q.Priqodskaya, N.Maslova, A.Deyneko, S.Mirzəyeva, N.Trefilova, O.Nedid, V.Həmidova, T.Məmmədova, A.Əsgərova (Vahabzadə), Q. Nağıbəyova, L. Karlova, M.Tankaskaya, R.Xametova kimi həndbolçular da Azərbaycan idmanının tanınmış simalarıdır.

Azərbaycanın “Spartak, “FST”, “Bakılı” və “Avtomobilçi” klubları SSRİ çempionatlarında layiqli yerlər tutublar. Komandalarımız bu yarışlarda 9 dəfə gümüş, 7 dəfə bürünc mükafata sahib olublar.

1991-ci ildə “Aypara”, “Bakılı”, “XəIitə”, “ABU” komandaları müstəqil Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil ediblər. Gözəl oyun, yüksək ustalıq, sürətli hücum, bacarıqlı müdafiə və yüksək texnika… Bütün bunlar Azərbaycanın həndboluna xas olan keyfiyyətlərdir.

Bir vaxtlar belə tərəqqi dalğasının yaşandığı Azərbaycan həndbolunda uzun müddət idi tənəzzül müşahidə olunurdu. Nəinki yeni komandalar yaradılmır, mövcud klubların da vəziyyəti ürəkaçan deyildi. İstedadlı gənclərin yetişdirilməsi, mübarizə apara biləcək rəqabət qabiliyyətli komandaların formalaşdırılması, nisbətən peşəkar həndbolçuların cəlb edilməsi istiqamətində müvafiq addımların atılmaması idmanın bu növünün ölkəmizdə inkişafına böyük zərbə vurmuşdu. Nəhayət, federasiyada rəhbər dəyişikliyindən sonra həndbol idmanında da sürətli inkişaf prosesi başladı.

Belə ki, Azərbaycan Həndbol Federasiyasının fəaliyyəti ilə bağlı 2016-cı ilin dekabrında Milli Olimpiya Komitəsində konfrans keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkədə idmanın möhkəm maddi-texniki bazasının, ən müasir infrastrukturunun olduğu bir dövrdə həndbolumuzun inkişafında yeniliklərə böyük ehtiyac duyulduğunu xüsusi vurğulayıblar. Həmin konfransda “Azəravtoyol” ASC-nin (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin) sədri Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

Federasiyada yeni dəyişiklikdən sonrakı qısa müddətdə həndbol idmanında böyük irəliləyiş baş verib. Həndbolun inkişafı üçün maksimum əlverişli şəraitin yaradılmaqla yanaşı, həndbolçulara münasibət kökündən dəyişib. Qısa müddətdə klassik həndbol üzrə iki (24-25-ci çempionat), çimərlik həndbolu üzrə (2-ci çempionat) bir ölkə çempionatının keçirilməsi, komandaların sayının artırılaraq 4 kişi, 6 qadın komandasının yarışlara cəlb edilməsi, sözsüz ki, federasiyanın böyük uğurlarından olub.

Qeyd edək ki, ölkəmizdə çimərlik həndbolu üzrə cəmi bir dəfə respublika çempionatı keçirilmişdi. Məhz ötən ilin avqustunda həm kişi, həm də qadınlar arasında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının keçirilməsi bu idman növünə diqqətin artırılmasının göstəricisidir. Bakı Su İdmanı Sarayında keçirilən yarışlara 4 kişi, 6 qadın komandasının qatılması federasiyanın bir neçə ay ərzində gördüyü işlərə əsaslanırdı.

Həndbolçularımızın oyun praktikasını yaxşılaşdırmaq və hazırlıq səviyyəsini daha da artırmaq üçün həm respublikamızda, həm də xarici ölkələrdə təlim-məşq toplanışları keçirilib. Onların səmərəsi müxtəlif klublarla yoxlama görüşlərində özünü büruzə verib.

Azərbaycan Həndbol Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də bu idman növünün kütləviliyinin artırılması və inkişaf etdirilməsidir. Şübhə yoxdur ki, belə bir qayğı sayəsində yeni qələbələri çox gözləmək lazım gəlməyəcək.

Müstəqil Azərbaycan həndbolunun ən böyük uğuru sözsüz ki, IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qızıl medallardır. Azərbaycan idmançıları İslamiadada olduqca güclü komandalarla qarşılaşmasına baxmayaraq, əsl əzmkarlıq və fədakarlıq nümunəsi göstərib. İlk mərhələdə Kamerun, Özbəkistan və Türkiyə həndbolçularını məğlub edən millimiz finalda yenidən qardaş ölkə təmsilçiləri ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsinin nəticəsi olaraq həndbolçularımız 28:26 hesabı ilə qalib gəliblər. Bununla da qadın həndbolçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanan ilk komanda olub.

Bu gün Azərbaycan həndbolu müasir mərhələdə özünün inkişaf dövrünü yaşayır. Azərbaycan dövləti, eləcə də Federasiya tərəfindən idmanın bu növünün inkişafına göstərilən yüksək diqqət və qayğı qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə edilməsinə güclü inam və zəmin yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər