AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində fevralın 20-dən 23-dək İsveçrənin Cenevrə şəhərində “Hərbi attaşelər üçün təlim” kursu, fevralın 20-dən martın 3-dək Almaniyanın Oberammerqau şəhərində “NATO Avropa təhlükəsizliyi üzrə əməkdaşlıq” və Türkiyənin paytaxtı Ankarada “Təlimin planlaşdırılması və silahlı münaqişələr hüququ” kursları keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama əsasən, tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.