AZƏRBAYCAN HEYDƏR ƏLİYEV YOLU İLƏ İNAMLA ADDIMLAYIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında “Heydər Əliyev məktəbi”nin növbəti məşğələsi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini, YAP rayon təşkilatının sədri Rafiq Mehdiyevin “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, Vaqif Hacıyevin “Müstəqilliyimizi dönməz və əbədi edən şəxsiyyət” mövzularında məruzələri dinlənilmişdir. Məruzə və çıxışlarda belə bir fikir ifadə olunmuşdur ki, Azərbaycan tarixinin son otuz dörd illik dövrü böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Müdrük xalqımız Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]