AZƏRBAYCAN İDMANÇILARI BEYNƏLXALQ TURNİRDƏ 4 QIZIL, 1 GÜMÜŞ VƏ 1 BÜRÜNC MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda yeniyetmələr və gənclər arasında SSRİ idman ustası A.K.Korablyovun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatmışdır.
Finlandiya, Belarus, Rusiya və digər ölkələri təmsil edən 8 komandanın qatıldığı turnirdə ölkəmizin idman şərəfini “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin (İSM) güləşçiləri qorumuşlar.
Azərbaycan pəhləvanları Orxan Cahangirli (46 kq), Cəfər Balaqədəşov (58 kq), Murad Hüseynov (60 kq) və Əsəd Əsədzadə (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Digər idmançılarımız - Vüsal Cəbiyev (66 kq) gümüş, Zaur Qədimov isə (55 kq) bürünc medallara sahib olmuşlar.
“Neftçi” İSM-nin komandası ümumi hesabda 1-ci yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]