AZƏRBAYCAN İDMANÇILARI QİTƏ BİRİNCİLİYİNDƏ 8 MEDAL QAZANMIŞLAR
Çexiyanın Novi Bor şəhərində pauerliftinq və benç-press üzrə keçirilən növbəti Avropa çempionatına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyində iştirak edən 8 Azərbaycan idmançısı uğurlu çıxış etmişlər.
Pauerliftinq üzrə yarışlarda Rəna Əliyeva (56 kq) və Yalçın Bağırov (67,5 kq) qitə birinciliyinin qalibi olmuşlar. Bayram Əliyevlə (75 kq) Bəxtiyar Quliyev (110 kq) isə gümüş medala sahib çıxmışlar.
Benç-press üzrə keçirilən yarışlarda isə İlham Allahverdiyev (67,5 kq), Sərxan Əliyev (75 kq) və Namiq Cəfərov (82,5 kq) qızıl medala sahib olmuşlar.
Digər idmançımız İbrahim İbrahimov (100 kq) isə bürünc medalla kifayətlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]