Azərbaycan idmançıları WK-1 versiyası üzrə beynəlxalq turnirdə üç qızıl medal qazanıblar
Tbilisi, 12 noyabr, AZƏRTAC
İdmanın WK-1 versiyası üzrə Tbilisidə keçirilən peşəkarlar arasında ikinci beynəlxalq reytinq döyüşlərində Azərbaycan təmsilçiləri 3-ü qızıl olmaqla 5 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, peşəkarlar arasında beynəlxalq reytinq yarışında Murad Babayev (71 kq) və Cavidan Cəfərli (54 kq), nümunəvi döyüşdə isə yeniyetmə idmançımız Amin Talıbov (33 kq) qızıl medala sahib olublar. Babək Qəmbərov (57 kq) və Emin Bəşirov (67 kq) isə yalnız final görüşündə uduzaraq, yarışı gümüş medallarla başa vurublar.
Azərbaycanın “Qartal” Peşəkar İdman Klubunun, Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının birgə təşkil etdiyi çempionatda altı ölkədən - Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və İrandan 22 idmançı mübarizə aparıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC beynəlxalq reytinq yarışına informasiya dəstəyi verib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]