AZƏRBAYCAN İLƏ İRANIN PENİTENSİAR SAHƏDƏ ƏMƏKDAŞLIĞI HƏR İKİ TƏRƏF ÜÇÜN FAYDALIDIR
General-mayor A.Qasımov qonaqlara Azərbaycanın penitensiar sistemində son dövrlərdə görülən işlər və həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir. İran nümayəndə heyətinin başçısı Nəzər Cəfərqol İranın cəzaçəkmə müəssisələrində də bir çox mütərəqqi islahatların həyata keçirildiyi, bu islahatlara BMT tərəfindən müsbət qiymət verildiyindən danışmış və demişdir ki, ölkələrimiz arasında penitensiar sahədə qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Rəsmi qonaq, həmçinin, İran və Azərbaycan arasında məhkumların dəyişdirilməsinə dair müqavilələrin həyata keçirilməsi vəziyyətindən razı qaldıqlarını bildirmiş, nazir müavini general-mayor A.Qasımovu İrana səfərə dəvət etmişdir.
Görüşdən sonra qonaqlar Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində Penitensiar tarix muzeyinin eksponatları ilə tanış olmuşlar. Daha sonra İran nümayəndə heyətinin üzvlərinə 1, 6, 11 nömrəli cəzaçəkmə müəssisələri ilə əyani tanış olmaq üçün şərait yaradılmışdır.
Görüşdə İran İslam Respublikasının Bakıdakı səfirliyinin və Baş İdarənin məsul əməkdaşları iştirak etmişlər.