Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Rusiya regionları arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

Moskva, 13 mart, AZƏRTAC

Azərbaycan ilə Rusiya regionları arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə ölkəmizin Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov Xantı-Mansiysk şəhərində səfərdə olub.

Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü baş konsul Xantı-Mansiysk Muxtar Dairəsində fəaliyyət göstərən “Birlik” Azərbaycan ictimai təşkilatının, Nefteyuqansk şəhərinin “Odlar Yurdu” ictimai təşkilatının, Nijnevartovsk şəhərinin regional mədəni və ictimai təşkilatı, Surqut şəhərinin “Birlik” Azərbaycan milli-mədəni ictimai təşkilatının, Koqalım şəhərinin “Azərbaycan muxtariyyəti” milli-mədəni ictimai təşkilatının və “Dostluq” milli-mədəni ictimai təşkilatının rəhbərləri və nümayəndələri ilə görüşüb.

Baş konsul diaspor təşkilatlarının fəaliyyəti, həmvətənlərimizin problemləri və gündəlik qayğıları ilə maraqlanıb, soydaşlarımızın konsulluq məsələləri ilə bağlı suallarını cavablandırıb, təklif və layihələr ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində İ.İskəndərovun Xantı-Mansiysk şəhər administrasiyasının rəhbərliyi, istehlak bazarı, istehlakçıların hüquqlarının müdafiəsi departamentinin nümayəndələri və şəhər dumasının rəhbərliyi ilə birgə görüşü olub.

Görüşdə regionun aparıcı şirkət və müəssisələrinin rəhbərləri, aqrar sektor və balıq emalı sənayesi üzrə dövlət nümayəndələri, həmçinin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları iştirak ediblər. Tədbirdə Azərbaycan ilə Xantı-Mansiysk Muxtar Dairəsi arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə istehsal olunan və qarşı tərəf üçün maraq kəsb edən məhsulların idxalı, həmçinin regiondan ölkəmizə yerli məhsulların ixracı məsələləri müzakirə edilib.

Baş konsul, həmçinin Xantı-Mansiysk Muxtar Dairəsi qubernatorunun müavini - İqtisadi inkişaf departamentinin rəhbəri Nikolay Milkis ilə görüşüb.

Görüş iştirakçıları Azərbaycan Respublikası ilə Xantı-Mansiysk Muxtar Dairəsi arasında ticari-iqtisadi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, turizm sektorunda əlaqələrin qurulması, bölgədə fəaliyyət göstərən şirkətlərin və iş adamlarının ölkəmizlə münasibətlərinin yaradılması məsələləri müzakirə olunub. Baş konsul Azərbaycanda mövcud olan əlverişli biznes mühiti və investisiya imkanları haqqında görüş iştirakçılarına məlumat verib, ölkəmizdə istehsal edilən məhsulların xarici ölkələrə ixracı potensialından danışıb.

Görüşdə Xantı-Mansiysk Muxtar Dairəsi administrasiyasının Neft-qaz kompleksinin inkişafı idarəsi müdirinin müavini Maksim Novikov, Sənaye departamentinin direktoru Kirill Zaytsev, Xarici əlaqələr idarəsi müdirinin müavini İnna Arkanova, Ticarət-Sənaye Palatası Birliyinin sədri Alfiya Pavkina, Yüksək Texnologiyalar Parkının direktor müavini Yuri Semyonov və dairənin İnkişaf Fondunun baş direktoru Roman Qenkel regionun ölkəmizlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi mövzusunda təqdimatla çıxış ediblər.

Baş konsul İ.İskəndərov Xantı-Mansiysk Muxtar Dairəsinə səfəri çərçivəsində Yuqra Dövlət Universitetinin rektoru və bu ali təhsil müəssisəsində təhsil alan tələbələrlə görüşüb. Baş konsul geniş auditoriya qarşısında çıxış edərək universitetin ölkəmizin bir neçə ali təhsil ocağı ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, tələbə mübadiləsi, beynəlxalq konfrans və tədbirlərdə iştirak, görkəmli soydaşımız, neftçi, mühəndis-geoloq Fərman Salmanovun bölgədəki əmək fəaliyyəti, neft sənayesinin inkişafındakı xidmətlərindən bəhs edib. Azərbaycan Dövlət Neft Şirkəti və Xantı-Mansiysk Hökumətinin birgə dəstəyi ilə F.Salmanovun adına Elm və Təhsil Mərkəzinin yaradılması layihəsi iştirakçıların diqqətini çəkib.

Çıxış edənlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyətinin 2019-cu ildə Xantı-Mansiysk şəhərinə səfərini xatırlayıb, onun F.Salmanov adına I Beynəlxalq konqresdə iştirakını yüksək qiymətlədiriblər. Tələbələr baş konsulun çıxışını və onlarla söhbətini maraqla qarşılayıb, ona Azərbaycanda gedən inkişaf proseslər barədə suallar ünvanlayıblar.

Görüşün sonunda İ.İskəndərov universitetin fəxri qonaqlar kitabında ürək sözlərini yazıb və rektora xatirə hədiyyəsi təqdim edib.

Həmin gün baş konsul İ.İskəndərov Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Natalya Komorova ilə də görüşüb.

Xantı-Mansiysk qubernatorunun müavini - İqtisadi inkişaf departamentinin rəhbəri Nikolay Milkisin də iştirak etdiyi görüşdə baş konsulu salamlayan qubernator onun muxtar dairəyə ilk səfərindən məmnunluğunu bildirib, “Дух огня” (Od ruhu) XVIII Beynəlxalq Kinematoqraflar Festivalında fəxri qonaq qismində iştirakla bağlı dəvətini qəbul etdiyinə görə təşəkkürünü ifadə edib. N.Komorova bölgənin Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirirək, ötən il ərzində ticarət dövriyyəsinin 4 milyon ABŞ dollarından artıq olduğunu deyib, bu rəqəmin ilin sonunadək artacağına ümid bəslədiyini söyləyib. Qubernator regionun ölkəmizlə bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb, Azərbaycanda rəqəmsal xidmətlərin göstərilməsi, tibbi xidmətlərin təşkili, balıq və ağac emalı məhsullarının birbaşa tədarükünün təşkili təcrübələrini bölüşə biləcəklərini bildirib.

İ.İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb, Xantı-Mansiysk Muxtar Dairəsinin ölkəmizlə əməkdaşlıq üçün lazımi potensiala malik olduğunu bildirib. İ.İskəndərov ölkəmizin Rusiya ilə regionlararası əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirərək, hər il təşkil olunan Azərbaycan-Rusiya forumunda bölgə nümayəndələrini fəal iştiraka dəvət edib. Baş konsul soydaşımız, neftçi, mühəndis-geoloq Fərman Salmanovun əmək fəaliyyəti və əvəzsiz xidmətlərindən də söz açıb.

Xantı-Mansiysk Muxtar Dairəsinə səfəri çərçivəsində baş konsul, həmçinin “Dux oqnya” XVIII Beynəlxalq Kinematoqraflar Festivalında fəxri qonaq qismində iştirak edib. O, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun festival iştirakçılarına təbrik məktubunu bölgə rəhbəri N.Komorovaya təqdim edib.

Səfirin təbrik məktubu festival iştirakçılarının qarşısında oxunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO