Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Bakı, 1 avqust (AZƏRTAC). XXI əsr informasiya-kommunikasiya texnologiyaları əsridir. Müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkəmizdə bu sahənin inkişafına yeni təkan vermişdir. İKT ili çərçivəsində həyata keçirilən tədbirlər, əldə olunan uğurlar və perspektivlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim ƏLİQULİYEV AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir. Müsahibəni təqdim edirik.

- Rasim müəllim, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun Azərbaycan iqtisadiyyatının innovasiya yönümlülüyünün artırılmasında indiki və gələcək rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan bu gün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu hədəfə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu konsepsiyada elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinə xüsusi yer ayrılmışdır. Hesab edirəm ki, bu sənəddə ölkə iqtisadiyyatının innovativliyinin artırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu konseptual əsasda öz əksini tapmışdır.

- Azərbaycan İlk telekommunikasiya peykini məhz “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə orbitə çıxarmağa nail oldu. Bu hadisənin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- Ölkəmizin telekommunikasiya peykinə malik olması çox əlamətdar hadisədir. Bu, tarixi bir nailiyyətdir. Bizim peykimiz Azərbaycanla yanaşı, Şərqi Avropa, Şimali Amerika, Mərkəzi Asiya və digər region ölkələrini də əhatə edir. Bu da o deməkdir ki, olduqca böyük bir arealda insanların telekommunikasiyaya tələbatını həmin peyk vasitəsilə ödəmək mümkün olacaq.

Qeyd edim ki, Azərbaycan bu gün dünyada öz süni peyki olan azsaylı dövlətdən biridir. Peykin orbitə çıxarılması ilə bərabər, ölkəmizdə yerüstü idarəetmə mərkəzləri də tikilmişdir. Bunlar mürəkkəb proseslərdir, yüksək elmi tutumlu məsələlərdir. Ötən beş il ərzində ölkə Prezidentinin rəhbərliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nəhəng işlər görülmüşdür. Bu, nəticəsi göz qabağında olan işlərdir. Tam cəsarətlə demək olar ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır.

- İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda İKT-nin əsas problemlərinin tədqiqi və tədrisi istiqamətində hansı işləri görür?

- Bu gün informasiya texnologiyaları Azərbaycanın, bütövlükdə, dünya elminin prioritet istiqamətlərindən biridir. Azərbaycanın elmi fəaliyyətlə bağlı dövlət siyasətində informasiya texnologiyalarının tətbiqi xüsusi yer tutur. O cümlədən bununla bağlı kadrlar hazırlığı da az əhəmiyyət daşımır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.

İnformasiya texnologiyaları sahəsində aparıcı elmi təşkilat kimi bizim institutun üzərinə xüsusi missiya düşür. İnstitutumuzun əsas vəzifələri informasiya texnologiyaları sahəsində dövlət siyasətinə, ölkəmizdə həyata keçirilən informasiya cəmiyyəti quruculuğu ilə bağlı dövlət proqramlarına elmi dəstək vermək, informasiya texnologiyaları sahəsində aktuallıq kəsb edən istiqamətlərdə tədqiqatlar aparmaq, müvafiq elmi kadrlar yetişdirməkdir. Bu istiqamətlər üzrə intellektual analiz, biometrik və linqvistik informasiya texnologiyaları, sosial şəbəkələrin analizi, şəbəkə monitorinqi, sensor şəbəkələri, intellektual informasiya sistemləri və digər aktual elmi problemlərlə bağlı tədqiqatlar aparılır. Qeyd edilən istiqamətlərdə institutumuzun əməkdaşları tərəfindən bir sıra mühüm nəticələr əldə edilərək nüfuzlu xarici elmi jurnallarda dərc olunur. İnstitutumuzda aparılan elmi tədqiqatlar dövlət siyasətinin uğurla həyata keçirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyinin təmin edilməsi, sosial-iqtisadi inkişaf üçün mühüm praktiki əhəmiyyətə malikdir.

- Həyatımıza “Elektron hökumət”, “Elektron dövlət” kimi məfhumlar da daxil olmuşdur. Elektron xidmətlərin tətbiqi indiki mərhələdə nə dərəcədə qənaətbəxşdir?

- Azərbaycanda artıq insanların şəxsi həyatından tutmuş, müxtəlif dövlət qurumlarının fəaliyyətinə qədər informasiya texnologiyaları geniş tətbiq olunur. Ölkənin şəbəkələşməsi, vətəndaşların və təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratması, elektron imza texnologiyasının tətbiq olunması elektron dövlətin əlamətləridir.

Elektron dövlət yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə dərinləşir, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi də artmaqda davam edir. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından yararlanırlar. Mobil telefon kimi, artıq onlar özlərini bu texnologiyalarsız təsəvvür edə bilmirlər. Yəni, bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayırlar.

Azərbaycanda bu iş tam qənaətbəxşdir. Elektron dövlət quruculuğu müvafiq proqrama uyğun olaraq çox uğurla həyata keçirilir və yüksək templə davam etdirilir.

- Müasir dövrdə ölkənin informasiya təhlükəsizliyi də mühüm əhəmiyyətə malik məsələdir. Bu istiqamətdə nə kimi tədbirlər həyata keçirilir?

- İnformasiya təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün dövlət səviyyəsində məqsədyönlü işlər aparılır. Bu baxımdan Azərbaycan Prezidentinin “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli Fərmanı çox mühüm əhəmiyyətə malikdir. Həmin Fərmana uyğun olaraq informasiya resurslarının mühafizəsi, vətəndaşların informasiyalara sərbəst çıxışının təmin edilməsi istiqamətində real nəticəsi olan işlər görülür. Bu yaxınlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransda informasiya təhlükəsizliyinin texnoloji və humanitar problemlərinə həsr olunmuş onlarla məruzə dinlənilmişdir. Onların hər biri elmi aktuallıq kəsb etməklə, ölkəmizin informasiya təhlükəsizliyi üçün mühüm praktiki əhəmiyyət daşıyır.

- “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı rəhbərlik etdiyiniz institut daha hansı tədbirlərin həyata keçirilməsini planlaşdırır?

- “İKT ili” ilə bağlı təbirlər planında AMEA-nın elmi təşkilatlarının qarşısına mühüm vəzifələr qoyulmuşdur. Həmin tədbirlər ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, elektron dövlətin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Mühüm tədbirlərdən biri AzScienceNet Elm kompyuter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsidir. Bu tədbirlər çərçivəsində elmi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların informasiya-kommunikasiya infrastrukturu genişləndiriləcək, yüksək sürətli internet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı təmin olunacaq. Özü də bu, təkcə AMEA institutlarını deyil, ümumiyyətlə, respublikanın əsas elmi qurumlarının fəaliyyətini əhatə edəcək.

Digər bir mühüm istiqamət elmi qurumların və ali təhsil müəssisələrinin Tomson, Springer, Elsevier və digər bu kimi beynəlxalq elmi bazalara çıxış imkanının yaradılmasıdır. Bundan məqsəd elmi tədqiqatlara dəstək vermək, tədqiqatçıların mötəbər elmi mənbələrindən istifadə etmələrinə, araşdırmalarının keyfiyyətinin yüksəldilməsinə şərait yaratmaq, təlim seminarları keçməkdir. Artıq bununla bağlı tədbirlərə start verilmişdir. Bunlardan başqa, “İKT ili” çərçivəsində institutumuza bir sıra təhsil və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi də həvalə edilmişdir. Həmin tədbirlərə İKT üzrə kadr hazırlığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi, ölkənin regionlarında İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının və seminarların keçirilməsi, distant təhsilin inkişaf etdirilməsi daxildir.

Hazırda Azərbaycanın İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin yaradılması, uşaqlar üçün “Təhlükəsiz internet” layihəsinin reallaşdırılması, Vikipedia kimi qlobal informasiya resurslarında Azərbaycan haqqında məlumat bazasının inkişaf etdirilməsi üzərində iş aparılır.

- Müsahibə üçün sağ olun.

Sevda Cəfərova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir