Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İnvestisiya Şirkəti 1,2 milyard dollar investisiya cəlb edib YENİLƏNİB

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan İnvestisiya Şirkəti fəaliyyəti dövründə 1,2 milyard dollar investisiya cəlb edib.

AZƏRTAC xəbər verir ki, bunu "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf martın 5-də qurumun fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

Rövşən Nəcəf şirkətin fəaliyyəti barədə məlumat verərək AİŞ-in sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak etdiyini vurğulayıb. Bildirilib ki, layihələrin ümumi dəyəri 1,2 milyard ABŞ dolları təşkil edir ki, bunun da 450 milyon ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb.

Məlumat verilib ki, sənaye sahəsində dəyəri 300 milyon avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10 faiz paya malik olan AİŞ 2012-2015-ci illərdə layihədə uğurla iştirak edib. AİŞ-in payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 milyon ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodudur. Bu zavod yeni gəmilərin və iritonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq müəssisədə bir sıra gəmilər, o cümlədən "Xankəndi" sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühəndislik həlləri tələb edən "Xankəndi" gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurudur.

İcraçı direktor qeyd edib ki, Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, "Milk-Pro" zavodu, "Səba" və "Azərtoxum" müəssisələri, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC də AİŞ-in payçı olduğu layihələrdəndir.

Artıq Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin, Səngəçalda yeni logistik terminalının inşası məqsədilə yaradılmış "Səngəçal Terminalı" QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən "Ağstafa Aqroservis" MMC-də AİŞ payçı qismində iştirakını yekunlaşdırıb.

Qeyd edilib ki, 2016-cı ildən başlayaraq AİŞ ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb. 2016-cı ildə Pirallahı Sənaye Parkında Rusiya ilə birgə ilk əczaçılıq layihəsi olan "Həyat Farm" Zavodunun təməli qoyulub. Bu layihədə AİŞ-in payı 10 faizdir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 milyon ABŞ dollarıdır. İllik istehsal gücü 225 milyon qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihələndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır.

Eyni zamanda, Pirallahı Sənaye Parkında reallaşdırılan digər bir layihə isə İranla birgə həyata keçiriləcək "Caspian Pharmed" Zavodunun tikintisidir. Layihədə AİŞ-in payı 25 faiz təşkil edir, 21 milyon ABŞ dolları investisiya dəyərində olan müəssisənin layihələndirmə işləri aparılır. Zavodun 2019-cu ilin sonunda istismara verilməsi nəzərdə tutulur. İldə 20,2 milyon qutu dərman istehsal etmək gücündə olacaq müəssisədə 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman istehsal ediləcək. Zavodda 90 yeni iş yeri yaradılacaq.

Bundan başqa, Pirallahı Sənaye Parkında şpris zavodunun tikintisi davam etdirilir. AİŞ 2017-ci ildə "Diamed Co" MMC-yə 1,7 milyon manat investisiya yatıraraq zavodda 25 faiz pay əldə edib. İllik istehsal gücü 60 milyon birdəfəlik şpris olan zavod 2018-ci ilin sonunda istifadəyə veriləcək. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Mərkəzi Asiya ölkələrinə ixracı planlaşdırılır. Zavodda 60-a yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələrinin xüsusi rolu vurğulanıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradıldığı diqqətə çatdırılıb.

2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində hazırda sənaye, qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri 45,3 milyon manat olan bu layihələr 500-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verir.

Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və birinci mərhələ çərçivəsində tikinti işləri tamamlanmaq üzrədir. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərir və artıq AİŞ-ə ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 milyon manat olan 9 layihənin (4 mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı) icrasına başlanılacaq və 200-dən çox iş yeri yaradılacaq.

20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə bu il başlanılması və tikinti işlərinə 200 nəfərin cəlb edilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması planlaşdırılır.

20 hektar sahədə yaradılan Hacıqabul Sənaye Məhəlləsi ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Sənaye Məhəlləsində tikinti işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulur. Tikinti prosesinə 200 nəfərdən çox işçi cəlb olunacaq. Artıq sənaye məhəlləsinə 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Sonda AİŞ-in fəaliyyətinə dair KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Vens ABŞ ilə İran arasında 60 günlük danışıqlar dövrünün rəsmi olaraq başladığını elan edib

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir

Su qıtlığı səbəbindən Yunanıstanın iki adasında fövqəladə vəziyyət elan olunub

Bu saata olan əsas xəbərlər

Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir

Gürcüstanda çaylardakı daşqın ehtimalı ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model