AZƏRBAYCAN İSLAM KONFRANSI TƏŞKİLATI ÖLKƏLƏRİNİN BİRİNCİ TURİZM SƏRGİSİNDƏ UĞURLA TƏMSİL OLUNMUŞDUR
Sessiyanın keçirildiyi günlərdə İstanbulda İKT ölkələrinin birinci “OIC Turizm” sərgisi təşkil olunmuşdu. Sərgidə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin, ölkəmizin turizm şirkətlərinin nümayəndələri iştirak etmişlər. Tədbirdə Malayziya, Tunis, Misir, Qətər, Suriya, Livan və digər ölkələrin dövlət turizm şirkətlərinin, habelə 45-dən çox özəl şirkətin nümayəndələri də təmsil olunmuşdu.
Sərginin açılışında iştirak edən Əbülfəz Qarayev mərasimdən sonra İKT ölkələrinin turizm nazirləri ilə bir sıra görüşlər keçirmiş, qarşılıqlı əlaqələrin inkişafı məsələlərini müzakirə etmişdir.
Azərbaycan pavilyonu, habelə qonaqlara paylanan reklam-informasiya məhsulları sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur. Nazirliyin əməkdaşları bir sıra KİV-lərə müsahibələr vermiş, ölkəmizdə turizmin inkişafı sahəsində görülən işlərdən danışmışlar.