Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan-İsrail strateji tərəfdaşlığı” mövzusunda ilk onlayn-konfrans keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Anatoli Rafailovun təşəbbüsü, “İsraildə Azərbaycan Evi”nin təşkilati dəstəyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri Arye Qutun moderatorluğu ilə pandemiya dövründə ilk dəfə olaraq “Azərbaycan-İsrail strateji tərəfdaşlığı” mövzusunda onlayn-konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının üzvləri, Milli Məclisin deputatları Anatoli Rafailov, Asim Mollazadə, Ramin Məmmədov və şahin Seyidzadə, habelə İsrail Knessetinin deputatları - “İsrail bizim evimizdir” partiyasından Yevgeni Sova, “Yeş-Atid-Telem” partiyasından Andrey Kojinov, Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov və İsrailin Müdafiə nazirinin keçmiş müavini Efraim Sne iştirak ediblər.

“İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, tədbirin moderatoru Arye Qut konfransı açaraq qeyd edib ki, Azərbaycan Milli Məclisinin və İsrail Knessetinin deputatlarının iştirakı ilə bu səviyyədə İsrail-Azərbaycan tədbiri il dəfə keçirilir. İsrailli ekspert deyib: “Sizinlə biz tarix yazırıq - pandemiya dövründə onlayn-konfrans keçiririk. İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan-İsrail münasibətləri pozitiv xarakter daşıyır, ən yüksək səviyyədə siyasi dialoq həyata keçirilir və bu gün həmin münasibətlər əsl strateji tərəfdaşlıqdır.

Ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı sürətlə inkişaf edir və təqribən 3,5 milyard dollara təşkil edir. Əvvəllər əsas diqqət neft-qaz sahəsinə yönəlirdisə, indi bu əməkdaşlıq iqtisadiyyatın digər seqmentlərinə, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki əməkdaşlıq sahələrinə də şamil edilir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir.

Əslən Azərbaycandan olan xalq diplomatiyasının çoxsaylı nümayəndələri, o cümlədən “İsraildə Azərbaycan Evi” fəal iş aparır və respublikanı ləyaqətlə təmsil edir, Azərbaycan haqqında, onun tarixi və mədəniyyəti, həmçinin Azərbaycanın ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İsrail cəmiyyətinə çatdırır. Azərbaycan xalqının ağrısı - yəhudi xalqının ağrısıdır və əksinə. Buna görə də hər il Azərbaycanda Holokost qurbanlarının xatirə günü keçirilir, İsraildə isə Xocalı soyqırımının qurbanlarını yad edirlər”.

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının üzvləri, Milli Məclisin deputatları Anatoli Rafailov bildirib ki, Azərbaycan-İsrail qarşılıqlı münasibətləri bir sıra ölkələr üçün nümunədir. Azərbaycan Respublikası İslam dünyasında o azsaylı ölkələrdən biridir ki, həm yəhudi xalqı ilə, həm də İsrail Dövləti ilə dostluq münasibətləri qurub.

Deputat Anatoli Rafailov vurğulayıb: “1998-ci ildə İsrailin Baş Naziri Binyamin Netanyahu Bakıya qısamüddətli tarixi səfər edib. Netanyahu özü sonradan xatırlayırdı ki, həyatımda ilk dəfə Heydər Əliyevlə sübhə qədər danışıqlar aparıb. Heydər Əliyev Netanyahuya dünya miqyaslı müdrik və güclü dövlət xadimi kimi təsir bağışlayıb. Məhz Netanyahunun Bakıya bu tarixi səfərindən sonra İsrail-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edib.

2016-cı il dekabrın 13-də İsrailin Baş Naziri Binyamin Netanyahu Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar. Netanyahu həmin görüşdə qeyd edib ki, Azərbaycan və İsrail arasında, Azərbaycan və yəhudi xalqları arasında sıx, yaxın dostluq münasibətləri mövcuddur. Azərbaycanda yaşayan minlərlə yəhudi iki ölkə arasında körpü rolunu oynayır.

2016-cı ilin dekabrında Binyamin Netanyahunun Azərbaycana səfəri bu faktı bir daha təsdiq edir ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. 2016-cı ilin Aprel hadisələri sübut etdi ki, İsrail Azərbaycana siyasi-diplomatik və mənəvi dəstəklə yanaşı, çox vacib olan hərbi-texnoloji dəstək də göstərir”.

Azərbaycanlı deputatın sözlərinə görə, İsrail ilə Azərbaycanı mühüm insan amili də bağlayır. Əslən Azərbaycandan olan təqribən 80 minlik yəhudi icması İsrailə və dünyanın digər ölkələrinə köçüb gedəndən sonra da Azərbaycanı sevir və onu populyarlaşdırmaqda davam edir. Azərbaycanda yəhudilərə münasibət həmişə yaxşı olub, burada heç vaxt millətçilik və antisemitizm hiss olunmayıb.

Anatoli Rafailov deyib: “Azərbaycan dünyanın elə nadir ölkələrindən biridir ki, burada müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələrinin açıq, tolerant və azad cəmiyyətdə dinc yanaşı yaşaması üçün şərait yaradılıb. Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı unikal yerdir. Burada yəhudi dini icması fəaliyyət göstərir və yaxın vaxtlarda “Yəhudi irsi mərkəzi” açılacaq. Bu mərkəz yəhudi əsilli rusiyalı biznesmen və mesenatların qüvvəsi ilə bərpa edilib. Qod Nisanov, Zarax İliyev və German Zaxaryayev - bunlar hamısı əslən Qırmızı Qəsəbədən olmaqla bu mərkəzin tikintisinin təşəbbüskarları və sponsorlarıdır. Qırmızı Qəsəbə Azərbaycanın qürur obyektidir”.

Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, Azərbaycan İsrail ilə çoxtərəfli formatda əməkdaşlıq edir. O deyib: “Azərbaycan ilə İsrail arasında münasibətlərin təşəkkülü və inkişafı məsələsində bir mühüm amil var ki, biz dostlar və tərəfdaşlarıq, bizim strateji münasibətlərimizin əsası isə yəhudilərlə azərbaycanlılar arasında tarixi əlaqələrdir. Dost dövlətlər olan bu tərəflərin hər ikisi təhlükəsizlik və iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sfera sahələrində çox ciddi və hərtərəfli əməkdaşlıq edirlər. İsrail beynəlxalq münasibətlər sahəsində də Azərbaycana mühüm dəstək verir”.

İsrail Müdafiə nazirinin keçmiş müavini, onlayn-konfransda iştirak edən Efraim Sne tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyev ilə 1993-cü ilin dekabrında olmuş ilk görüşünü, sonrakı illərdə çoxsaylı rəsmi və şəxsi səfərlər zamanı onunla görüşlərini xatırlayanda və həmin görüşləri indiki vəziyyətlə müqayisə edəndə iki dövlətin dostluğuna görə dərin məmnunluq hissi keçirir.

Efraim Sne deyib: “Lakin Azərbaycan-İsrail münasibətləri hərbi əməkdaşlıq hüdudlarından kənara çıxmalıdır, biz dostluq və əməkdaşlıq münasibətlərimizi təkcə hərbi sahədə tərəfdaşlıqla məhdudlaşdırmamalıyıq. Ölkələrimiz arasında əməkdaşlıq yaxşı inkişaf edir, lakin mən, məsələn, mədəniyyət sahəsində, akademik institutlar səviyyəsində, habelə texnologiyalar sahəsində əlaqələrin daha da güclənməsini istərdim. Bundan ötrü bizim böyük əməkdaşlıq platformamız var və biz bütün bu imkanlardan istifadə etməyə borcluyuq”.

Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycan-İsrail strateji tərəfdaşlığını genişləndirməyin və bundan ötrü yeni imkanlar yaradılmasının zəruriliyini vurğulayıb.

Azərbaycanlı deputat deyib: “Azərbaycan ilə İsrail arasında təhsil sahəsində sıx əməkdaşlığı, İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin İnkişaf Naminə Beynəlxalq Əməkdaşlıq Agentliyinin (MAŞAV) Azərbaycanda fəaliyyətini, texnologiyalar və innovasiyalar, sahibkarlıq, biznes-inkubatorlar sahəsində iki ölkənin əməkdaşlığını genişləndirmək, Azərbaycanda yaranmış içməli su və suvarma suyu ilə bağlı problemlərə dair innovasiyalı qərarlar sahəsində təcrübə mübadiləsi aparılması zəruridir”.

Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov konfransda çıxış edərək vurğulayıb: “Əslən Azərbaycandan olan uğurlu yəhudi icması, səmərəli fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi” Azərbaycanın İsraildə müsbət obrazını formalaşdırır. Bu istedadlı, ağıllı, savadlı insanlar qısa müddətdə Azərbaycanın pozitiv imicini İsrail sakinlərinə çatdırmağa, bu ölkənin gözəl xalqı barədə söhbət açmağa nail olublar”.

Professor Yakubov deyib: “Məhz onlar bizə Azərbaycanın tolerant və multikultural xalqı barədə, Azərbaycanda yəhudi xalqının heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmaması barədə danışıblar. Azərbaycan əsilli israillilər artıq neçə illərdir ki, Azərbaycan ilə İsrail arasında möhkəm və səmərəli iqtisadi, hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edirlər.

ABŞ-ın 16-cı Prezidenti Avraam Linkoln deyirdi: “Öz gələcəyini öncədən görməyin ən yaxşı üsulu onu insanın özünün yaratmasıdır!” Gəlin əl-ələ verərək xoşbəxt gələcəyimiz üçün - bizim üçün, bizim gözəl gənclər üçün çalışaq. Biz xoşbəxt gələcək naminə hər şey edə bilərik və etməliyik! Mən qardaş Azərbaycan xalqına sülh, cansağlığı, müstəqil Azərbaycan Respublikasının rifahı naminə firavanlıq və uğurlar diləmək istəyirəm!

Knessetin “Yeş-Atid-Telem” partiyasından deputatı Andrey Kojinov konfransda çıxış edərək vurğulayıb ki, hazırda İsrail Dövləti ilə Azərbaycan arasında etimada əsaslanan dostluq, əməkdaşlıq və tərəfdaşlıq dünyanın çox ölkələri üçün həqiqi və ideal nümunədir.

Knessetin deputatı Andrey Kojinov deyib: “Ən çətin vaxtlarda bu ölkələr həmişə birlikdə olub, həmişə bir-birini dəstəkləyiblər. Bu sıx münasibətlərin əsas səbəblərindən biri insan amili - azərbaycanlılarla ta qədimdən Azərbaycan ərazisində yaşayan 25 minlik yəhudi icması arasında tarixi və sıx qardaşlıq, dostluq əlaqələridir. Bu gün ağır pandemiya dövründə İsrail və Azərbaycan bir-birinə kömək və dəstək göstərməkdə davam edirlər. Mən bilirəm ki, bu yaxınlarda İsrail Azərbaycana müəyyən tibbi avadanlıq göndərib. Bizdə də koronavirusa yoluxma səviyyəsi eyni vəziyyətdədir və məhz bu məsələdə bir-birimizə qarşılıqlı kömək göstərməyə borcluyuq”.

İsrail Knessetinin “İsrail bizim evimizdir” partiyasından olan deputatı Yevgeni Sova İsrail-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyəti məsələsi üzərində ətraflı dayanaraq bildirib ki, İsrail Azərbaycanı Cənubi Qafqazda özünün mühüm strateji müttəfiqi, regionda fəal geosiyasi aktor hesab edir.

Deputat Yevgeni Sova vurğulayıb: “Azərbaycan-İsrail strateji tərəfdaşlığının əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və İsrail tərəfdən məhz Aviqdor Liberman olduğunu desəm böyük sirr açmış olmaram. Məhz “İsrail bizim evimizdir” partiyasının liderinin xarici siyasət konsepsiyası sayəsində Azərbaycan İsrailin xarici siyasət strategiyasında postsovet məkanındakı adi bir ölkədən İsrailin strateji tərəfdaşına çevrilib.

Ölkələrimizin bu strateji tərəfdaşlığında əslən Azərbaycandan olanların İsraildəki böyük icması mühüm rol oynayır. Mənim dostum və qardaşım Arye Qut ilə tanışlığımız çoxillik tarixə malikdir. Arye Qut İsrail-Azərbaycan strateji tərəfdaşlığının və əməkdaşlığının əsl media-lobbisti və həqiqi dostluq səfiridir. Bu icmanın Azərbaycanın populyarlaşdırılmasında çox böyük rol oynamasını yaxşı bilirəm. Mən deyərdim ki, İsraildə Vətənə, mənşə ölkəsinə, onun tarixinə belə güclü bağlı olan Azərbaycan əsillilər icması kimi güclü olan başqa bir icma yoxdur. Bu icmanın nümayəndələrindən hər biri qürurla bəyan edir ki, Azərbaycanda heç vaxt antisemitizm faktları olmayıb”.

Milli Məclisin deputatı Ramin Məmmədov deyib: “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında münasibətlərin səviyyəsini xarakterizə edərək vurğulayıb: “Bizim əla münasibətlərimiz var”. Bu sözlər qarşılıqlı münasibətlərin bütün spektrlərinə aiddir. Ölkələrimiz arasında yaranmış strateji münasibətlər hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə və xarici siyasət kursuna müsbət təsir göstərir.

Ölkələrimiz arasında münasibətlər müəyyən mənada unikaldır: dünya birliyi bizim ölkələrin timsalında yəqin edib ki, əhalisinin əksəriyyəti İslam dininə etiqad bəsləyən ölkə ilə İsrail arasında möhkəm münasibətlər qurmaq mümkündür. Bizim münasibətlərimizin daha bir xüsusiyyəti diaspor təşkilatlarının çevik və səmərəli fəaliyyətidir. Yeri gəlmişkən, İsrail yeganə ölkədir ki, orada titul millətinin nümayəndələri özlərini Azərbaycan diasporunun fəalları hesab edirlər. Bu baxımdan “Azİz” təşkilatının yaradılması və sonrakı fəaliyyəti bu prosesdə həlledici rol oynayıb. Hər iki ölkənin rəsmi şəxsləri və biznes-elitası arasında əlaqələrin intensivliyi belə güman etməyə tam əsas verir ki, Azərbaycan ilə İsrail arasında münasibətlər bundan sonra da genişlənəcək və dərinləşəcək”.

Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Anatoli Rafailov onlayn-konfransa yekun vuraraq deyib: “Bir daha qeyd etmək lazımdır ki, Azərbaycan ilə İsrail arasında dostluq bütün İslam dünyası üçün nümunədir və onu göstərir ki, yəhudi və müsəlman dövlətləri sülh və həmrəylik şəraitində yaşaya bilər. Dəfələrlə qeyd edildiyi kimi, bizim dostluğumuz strateji xarakter daşıyır. Bizim qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir və yüksələn xətt üzrə inkişafını davam etdirəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir